"Maliyyə Hesabatlarının Beynəlxalq
Standartlarına əsasən mühasibat uçotunu aparmalı və maliyyə
hesabatlarını təqdim etməli olan ictimai əhəmiyyətli qurumların (kredit təşkilatlarından, sığorta
şirkətlərindən, investisiya
fondlarından, qeyri-dövlət (özəl) sosial
fondlarından, qiymətli
kağızları fond birjasında
dövriyyədə
olan hüquqi şəxslərdən
başqa) Siyahısı"nın təsdiq
edilməsi barədə
Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin qərarı
¹ 321 Bakı şəhəri,
1 oktyabr 2014-cü il
"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunu aparmalı və maliyyə hesabatlarını təqdim etməli olan ictimai əhəmiyyətli qurumların (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) Siyahısı" təsdiq edilsin (əlavə olunur).
2. "2008-ci il 1 yanvar tarixinə qədər Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunu aparmalı və maliyyə hesabatlarını təqdim etməli olan ictimai əhəmiyyətli qurumların (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) Siyahısı"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 18 iyul tarixli 140 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹7, maddə 673; 2010, ¹7, maddə 701; 2014, ¹1, maddə 57) ləğv edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2014-cü il 1oktyabr tarixli
321 nömrəli qərarı ilə təsdiq edilmişdir
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunu aparmalı və maliyyə hesabatlarını təqdim etməli olan ictimai əhəmiyyətli qurumların (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi
şəxslərdən başqa) SİYAHISI
Sıra
¹-si
Təşkilatın adı
1
2
1.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan qurumlar:
1.1.
“Azneft” İstehsalat Birliyi
1.2.
“Azərikimya” İstehsalat Birliyi
1.3.
“Azəriqaz” İstehsalat Birliyi
1.4.
“Marketinq və İqtisadi Əməliyyatlar” İdarəsi
1.5.
“Qaz İxrac” İdarəsi
1.6.
Heydər Əliyev
adına Neft Emalı Zavodu
1.7.
“Azərneftyağ”
Neft Emalı Zavodu
2.
Digər qurumlar:
2.1.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti
2.2.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
2.3.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı
Səhmdar Cəmiyyəti
2.4.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti
2.5.
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti
2.6.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti
2.7.
“Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyəti
2.8.
“Azenco” Açıq Səhmdar Cəmiyyəti
2.9.
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti
2.10.
“Avro-Asiya İnşaat Korporasiyası” “Evrascon” Açıq Səhmdar Cəmiyyəti
1
2
2.11.
Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti
2.12.
“Silk Way Aviaşirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti
2.13.
“Azərbaycan İstilik Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti
2.14.
“BakuSteelCompany” Məhdud Məsuliyyətli Cəmiyyəti
2.15.
“Azərinşaatservis” Məhdud Məsuliyyətli Cəmiyyəti
2.16.
“Azvirt” Məhdud Məsuliyyətli Cəmiyyəti
2.17.
“KaspianDrilinqKompaniLimited” Məhdud Məsuliyyətli Cəmiyyəti
2.18.
“AzercellTelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti
2.19.
“Bakcell” Məhdud Məsuliyyətli Cəmiyyəti
2.20.
“Azfen”
Birgə Müəssisəsi
Azərbaycan.
- 2014.- 12 oktyabr.- S. 1.