Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın

 kitabı macar dilində nəşr edilib

 

Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin təşəbbüsü ilə görkəmli şərqşünas-alim, ictimai xadimelm təşkilatçısı, şərqşünaslıq sahəsində ölkəmizdə ilk qadın elmlər doktoru, professor Aida İmanquliyevanın “Yeni ərəb ədəbiyyatının korifeyləri” kitabı macar dilinə tərcümə olunmuşHarmattan nəşriyyatında nəfis şəkildə nəşr edilib.

Kitabı macar dilinə keçmiş diplomat Tamaş Varhagi çevirib.

Əsərin redaktoru tanınmış macar alimi, professor Mihal Hoppaldır.

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev kitaba ön söz yazıb. Burada professor Aida İmanquliyevanın zəngin elmi fəaliyyətindən, müasir ərəb ədəbiyyatının tədqiqi və tərcüməsi istiqamətində gördüyü işlərdən söz açılır.

Əsər görkəmli alimin anadan olmasının 75 illiyi münasibətilə çap edilib.

Səfirlik yaxın günlərdə Budapeştin Eötvöş Lorand Universitetində əsərin təqdimatını keçirməyi planlaşdırır.

 

Pərvanə Qarayeva

AzərTAc-ın xüsusi müxbiri

Budapeşt

Azərbaycan.-2014.- 11 oktyabr.- S.4.