Anar Çingiz
Aytmatov adına mükafata
layiq görülüb
MDB Parlamentlərarası
Assambleyasının (PA) Mədəniyyət, İnformasiya,
Turizm və İdman Komissiyasının oktyabrın 11-12-də
Bakıda keçirilən səyyar iclasında görkəmli
Azərbaycan yazıçısı Anara MDB PA-nın
Çingiz Aytmatov adına mükafatına layiq görülməsi
barədə qərar qəbul edilib.
AzərTAc xəbər verir ki, Qırğızıstan nümayəndə heyətinin irəli sürdüyü təşəbbüs komissiyanın bütün üzvləri tərəfindən dəstəklənib. MDB məkanının 7 ölkəsinin deputatlarının təmsil olunduğu komissiyanın üzvləri iclas başa çatandan sonra Azərbaycan Yazıçılar Birliyinə gedərək laureat ilə görüşüblər. Anar qonaqlara Azərbaycanda mədəniyyət sahəsində vəziyyət, böyük qırğız yazıçısı Çingiz Aytmatov ilə dostluq əlaqələri barədə ətraflı söz açıb.
Çingiz
Aytmatov adına mükafat
yazıçıya bu ilin
noyabrında MDB PA-nın üzvü olan ölkələrin Parlament
Başçıları Şurasında təqdim ediləcək.
Azərbaycan.
- 2014.- 12 oktyabr.- S. 3.