Lökbatan qəsəbəsində neftçilər üçün tikilmiş beş yaşayış binası istifadəyə verilib

 

Oktyabrın 11-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində neftçilər üçün tikilmiş beş yeni yaşayış binası istifadəyə verilib.

Açılış mərasimində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri iştirak ediblər.

Məlumat verilib ki, binaların tikintisinə ötən ilin yanvarında başlanılıb. Qəsəbənin Bünyadzadə küçəsi, 7 ünvanında yerləşən 9 mərtəbəli bina 64 mənzildən ibarətdir. 28 may küçəsindəki dörd 9 mərtəbəli binada isə ümumilikdə 27 birotaqlı, 97 ikiotaqlı, 97 üçotaqlı və 27 dördotaqlı mənzillər var. Binalar su, elektrik və təbii qazla təchiz edilib.

 

Azərbaycan. - 2014.- 12 oktyabr.- S. 4.