Son 10 ildə açılan yerlərinin sayı 1 milyon 300 minə çatıb

 

Nazirlər Kabinetinin iclası bir daha göstərdi ki, heç bir məsələ Prezident İlham Əliyevin diqqətindən kənarda qalmır

 

Oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi. Prezident İlham Əliyev bildirdi ki, bu ilin 9 ayının sosial-iqtisadi inkişafı uğurlu olub. Ölkəmizin tərəqqisi   ilə bağlı inamlı addımlar atılıb. Dünyada maliyyə böhranının davam etdiyi bir vaxtda 9 ayda ümumi daxili məhsul 2,5 faiz, qeyri-neft sektoru isə 6 faiz artıb. İnflyasiya 1,5 faiz təşkil edib, əhalinin pul gəlirləri 5,4 faiz çoxalıb.

Dövlət başçısı qeyd etdi ki, Dünya İqtisadi Forumunun reytinq cədvəlində Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə artıq 38-ci yerdə qərarlaşıb. Bu dövrdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla icra olunub, doqquz ayda 100 mindən çox yeri açılıb, bununla da son 10 ildə yeni yerlərinin sayı 1 milyon 300 minə çatıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasından təəssüfləndiyini bildirən Prezident İlham Əliyev diqqətə çatdırdı ki, mövcud status-kvonun yolverilməzliyi ilə bağlı səslənən fikirlərə Ermənistan məhəl qoymur, bu fikri səsləndirən qüvvələr isə təsirli addımlar atmır. Buna baxmayaraq, Azərbaycan bütün sahələrdə uğurla inkişaf edir, ordu quruculuğu yüksək səviyyədə həyata keçirilir. Təsadüfi deyil ki, üçüncü rübdə təmas xəttində baş verən hadisələr zamanı Azərbaycan Ordusu düşmənə layiqli cavabını verdi.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin iclasdakı çıxışı razılıqla qarşılandı, cəmiyyətdə böyük müzakirə mövzusu oldu.

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyir ki, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin hər il rüblük sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasları keçirilirçox mühüm məsələlər müzakirə olunur. YAP rəsmisinin sözlərinə görə, 9 ay ərzində ölkəmizin iqtisadiyyatında böyük inkişaf olub, eləcə də sosial problemlərinin həlli istiqamətində ciddi addımlar atılıb: "Ölkəmizdə abadlıq-quruculuq  işlərində, yeni yerlərinin açılmasında, əhalinin sosial problemlərinin həllində, daxilixarici siyasətdə və sair sahələrdə çox önəmli işlər baş verib. Bunu cənab Prezident çıxışı zamanı da qeyd etdi. Bununla belə, Azərbaycanda mövcud ictimai-siyasi sabitliyə bəzi beynəlxalq təşkilatlar, eyni zamanda ayrı-ayrı dövlətlər, qurumlar tərəfindən qısqanclıqla yanaşılması onu göstərir ki, ölkəmizdə iqtisadi inkişaf, tərəqqi, neftqaz strategiyasının çox uğurla davam etdirilməsi dostlarımızı sevindirsə də, bizə dost olmayanları da məyus edir. Azərbaycanın büdcə gəlirlərinin, o cümlədən ordumuzun hərbi gücünün artması, təbii ki, bəzi ölkələri, qurumları narahat edir. Məhz bunun nəticəsi olaraq da Azərbaycana qarşı müxtəlif sanksiyaların tətbiq edilməsi ilə bağlı erməni lobbisinə xidmət edən qüvvələr məsələ qaldırır və ayrı-ayrı qurumlara müraciətlər göndərirlər". Həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı buya digər şəkildə Ermənistana dəstək olmaq nöqteyi-nəzərindən bəzi qurumlar bu məsələnin işğalçı ölkənin xeyrinə həlli ilə bağlı müxtəlif fikirlər səsləndirirlər. Bu mənada deputat hesab edir ki, cənab Prezidentin qaldırdığı məsələlər - Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması, Ermənistanın atəşkəsi mütəmadi pozması, ATƏT-in Minsk qrupunun bu məsələyə laqeyd münasibəti və s. aktuallığı ilə seçilir. Bu münaqişə danışıqlarla həllini tapmasa, onun hərbi yolla həlli qaçılmazdır: "Azərbaycanın kifayət qədər güclü ordusu var. Ölkəmizin təchizatı, ordusunun güclü olması, o cümlədən Prezident İlham Əliyevin son dövrdə ordu quruculuğu, sərhədyanı bölgələrlə bağlı imzaladığı sərəncam Azərbaycan Ordusunun qüdrəti olmasına, sərhədlərini qorumasına xidmət edir".

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə  isə hesab edir ki, bu gün Azərbaycan yüksək inkişaf yolundadır. Onun sözlərinə görə, heç bir sahə Prezidentin diqqətindən kənarda qalmır və bütün məsələlər mərhələli həll edilir: "Prezidentimizin ordu quruculuğuna dair dediyi fikirlər çox önəmlidir. Problemin həm hərbi, həm də diplomatik yolla həlli var. Hər iki məsələyə Azərbaycan diqqət edir. Ermənistanın bu gün Azərbaycan torpaqlarının bir hissəsini hələ də işğal altında saxlaması ölkəmizdə güclü ordu yaradılmasını vacib hesab edir. Prezident İlham Əliyev Ali Baş Komandan kimi həmişə ordu quruculuğuna ciddi fikir verir. İlbəil Müdafiə Nazirliyinə hərbi xərclər üçün ayrılan vəsaitin həcmi artmaqdadır. Hərbçilərimizin sosial məsələləri də həll edilir. Onların peşəkar səviyyələrinin artması üçün bütün təşkilati işlər görülür. Ən müasir silahlar alınır, vaxtaşırı təlimlər keçirilir". Deputatın sözlərinə görə, bu yaxınlarda qonşu, dostqardaş Türkiyənin silahlı qüvvələri ilə bir aya yaxın davam edən və 40 minə qədər hərbi qulluqçunu əhatə edən təlimlər Azərbaycan Ordusunun yüksək döyüş hazırlığını göstərdi. Bu yüksək hazırlığı düşmən tərəf artıq etiraf etməkdədir. Ermənistan Prezidenti Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini çıxışlarında vurğulamaqdadır. Azərbaycan Dağlıq Qarabağ probleminin həllində qətiyyətlidir, heç bir halda özünün ərazisini heç kəsə güzəştə getməyəcək. Ötən əsrin 90-cı illərində Ermənistan xaricdən aldığı böyük dəstəyə güvənərək torpaqlarımızın bir hissəsini işğal etdi. Ancaq ötən 20 ildən çox müddətdə ona beynəlxalq hüquqi status verdirə bilmədi. Bu gün Dağlıq Qarabağ məsələsi Ermənistanın boynundan ağır bir daş kimi asılıb. Onların işğalda saxladıqları torpaqları azad etməkdən başqa çıxış yolu yoxdur.

Aydın Mirzəzadə dövlət başçısının avqust ayında cəbhə xəttində baş verən qarşıdurma ilə bağlı söylədiyi fikrə də münasibətini açıqlayıb: "Bu qarşıdurmada Ermənistan tərəfi böyük itkilər verdi. Bununla da Ermənistan ordusunun zəifliyi göründü. Bütün Ermənistanda əhali vahiməyə düşərək kütləvi surətdə yaşadıqları yeri dəyişib. Azərbaycan bütün əzmi və resursları ilə torpaqlarını işğaldan azad etmək əzmini ortaya qoyur. Bu məsələdə beynəlxalq hüquq tərəfimizdədir və Azərbaycan xalqı Prezident İlham Əliyevin siyasətini bütövlükdə dəstəkləməkdədir. Dağlıq Qarabağ probleminin çox da uzaq olmayan bir dövrdə həll ediləcəyi artıq gün kimi aydındır".

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov isə qeyd edib ki, bu ilin 9 ayının yekunlarına görə, Azərbaycan iqtisadiyyatına 19 milyard investisiya yatırılıb. Bunun da təxminən 11 milyardı daxili, 8 milyardı isə xarici investisiyaların payına düşür. Vaxt var idi ki, Azərbaycan sərmayə axtarışında idi, xarici bazarlara çıxmaq üçün yollar axtarırdı. Lakin indi Azərbaycan özü Gürcüstana, Türkiyəyə, İsveçə və digər dövlətlərə yatırımlar edir. Deputat vurğulayıb ki, 19 milyardın 11 milyardının daxili investisiyaların payına düşməsi əsas vurğulanacaq məsələlərdən biridir: "Bu ölkənin öz daxili resursları hesabına qoyulan sərmayələrdir. Onlar da həm qeyri-neft sektorunun, həm də digər iri layihələrin həyata keçirilməsinə yönəlib. 2013-2014-cü illərdə Sumqayıtda, Gəncədə, o cümlədən Qaradağ rayonunda sənaye banklarının yaradılması məhz bu investisiyaların hesabına meydana gəlib".

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev ilk dəfə olaraq, Azərbaycanın iqtisadi cəhətdən müstəqil bir dövlət olduğunu qeyd edib. Bu məsələ çox böyük əhəmiyyət kəsb edir. Çünki bir dövlət iqtisadi cəhətdən müstəqildirsə, deməli, o özünün xarici siyasətini də müstəqil apara bilər.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan. - 2014.- 12 oktyabr.- S. 4.