Azərbaycan sülh diyarı kimi özünü sübut edir

 

Ölkəmizdə keçirilən Beynəlxalq Humanitar Forum

 təkcə paytaxtımızın yox, bütövlükdə ölkəmizin davamlı inkişafının göstəricisidir

 

Bu gün Azərbaycanın dünyanın intellektualsiyasi elitası, o cümlədən planetimizin rəngarəng mədəni palitrasını qoruyub saxlamağa qadir olan qlobal sivilizasiyanın açarlarını tapmağa çalışan tanınmış dövlət xadimləri, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatları və nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri üçün beynəlxalq məkana çevrilməsi danılmaz faktdır. Siyasiiqtisadi sabitliyi təmin edən Azərbaycan hazırda bütün dünyada humanitar dialoqun qurulmasına öz töhfəsini vermək üçün mümkün olan hər şeyi edir. Belə məkanlardan biri artıq ənənə halını almış Bakı Beynəlxalq Humanitar Forumudur. 4 ildir ki, Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda bəşəriyyəti narahat edən problemlərin həlli istiqamətində geniş fikir mübadiləsi aparılır.

Oktyabrın 2-3-də paytaxtımızda keçirilən IV Bakı Beynəlxalq Humanitar Foruma dünyanın 60-dan çox ölkəsindən 500-ə yaxın nümayəndə qatılmışdı. Forum çərçivəsində keçirilən 8 "dəyirmi masa"da qloballaşma, ekologiya, multikulturalizm, media, innovasiyalar, molekulyar biologiyas. aktual mövzular müzakirə edildi. Sonda isə Bakı Bəyannaməsi qəbul olundu.

Ekspertlərin fikrinə görə, forum XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır.

IV Bakı Beynəlxalq Humanitar Forumu ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyir ki, Bakıda hər il humanitar forumların keçirilməsi artıq ənənə halını alıb. Dünya mətbuatı, xarici ölkələrin siyasielmi ictimaiyyəti bu foruma çox diqqət etməyə başlayıb. Forum, adından da göründüyü kimi, cəmiyyətin inkişaf məsələlərini, demokratiya, insan hüquqları, təhsil, səhiyyə ilə, ümumən sosial problemlərlə bağlı məsələlərin müzakirəsinin çox ideal bir müstəvisinə çevrilib. A.Mirzəzadənın fikrincə, forumda müxtəlif ölkələrin siyasi qüvvələrini təmsil edən şəxslər fikir mübadiləsi edireyni zamanda buya digər məsələlərdə digər üzvlərin təcrübəsindən də yararlanırlar: "Azərbaycan Prezidentinin bu forumlarda birbaşa iştirakı, orada etdiyi çıxışlar həmişə forumun əsas hadisəsinə çevrilir. Digər tərəfdən Azərbaycan rəsmiləri də bu forumlarda iştirak edərək Azərbaycanın humanitar inkişaf sahəsindəki təcrübəsini bölüşürlər. Onu da deyim ki, forum böyük diqqət tələb edir, ildən-ilə orada iştirak edənlərin sayı artır. Burada iştirak edənlərin statusları kifayət qədər yüksəkdir. Həm də hazırda yüksək dövlət vəzifəsində olanlar, eyni zamanda sabiq prezidentlərin iştirakı forumun nüfuzunu daim artırır".

A.Mirzəzadənin sözlərinə görə, bu forum Azərbaycanın ildən-ilə inkişafının göstəricisidir. Qonaqlar Azərbaycanda gedən quruculuq işlərini, infrastrukturun yenilənməsinin, insan faktoruna dövlət tərəfindən verilən böyük bir diqqətin, demokratiyainsan hüquqlarının genişlənməsinin şahidi olurlar.

"IV Bakı Beynəlxalq Humanitar Forumu həlledici bir forumdur. Çünki burada dünyanın 60 ölkəsindən dövlət xadimləri, yüksək səviyyəli nümayəndələr, alimlər iştirak edirlər. Forumda müzakirəyə çıxarılan məsələlər çox ciddi əhəmiyyətlidir". Bu fikri isə Milli Məclisi deputatı Fərəc Quliyev söyləyib.

Deputat bildirib ki, forumda BMT-nin İnkişaf Proqramının rəhbəri, İSESCO-nun direktoru da iştirak edib: "Bir çox ölkələrdən nümayəndələr var ki, panellərdə məruzəçi olaraq iştirak edirlər. Onların arasında keçmiş prezidentlər, baş nazirlər var. Ona görə hesab edirəm ki, bu, çox dəyərli bir forumdur. Azərbaycanın tanınması baxımından bu insanların buraya gəlməsi birbaşa əlaqələr baxımından IV Bakı Beynəlxalq Humanitar Forumu çox əhəmiyyətlidir".

F.Quliyevin sözlərinə görə, Azərbaycan əməlində də tolerant ölkə olduğunu göstərib. Çünki ölkəmizdə bir çox etnoslar vahid bir xalq kimi yaşayırlar. Burada heç kimə qarşı irqi, milli, dini ayrı-seçkilik edilmir. Azərbaycanda bütün dinlərdən olan şəxslər yaşayır və fəaliyyət göstərirlər. Bunun həm də nəzəri baxımından müzakirəyə çıxarılması çox əhəmiyyətli məsələdir. Dünyanın müxtəlif ölkələrində milli kimlik konsepsiyalarına müxtəlif yanaşmalar var. Bunun siyasi, hüquqi aspektlərini müzakirə etmək, liberal dəyərlərin Azərbaycanda tətbiqini həm praktiki görmək, həm də burada onun müzakirəsində iştirak etmək baxımından bu forum əhəmiyyətli məsələdir.

F.Quliyev hesab edir ki, forumun ölkəmizdə keçirilməsi Azərbaycanın nümunəvi bir dövlət olduğunu göstərir.

Milli Məclisin deputatı Zahid Oruc isə hesab edir ki, humanitar forum ölkəmizin sülh mərkəzi kimi tanınması baxımından çox önəmlidir: "Bu humanitar forum Azərbaycanın dünyaya təkcə neft-qaz resursu ilə deyil, ideyaları ilə tanınmaq istədiyini göstərən ən mühüm hadisədir. Bu, ölkənin tutduğu yolu təqdim etmək vasitəsidir. Forum ideoloji müharibələrin, dinlərarası savaşın həlli məkanıdır".

Onun sözlərinə görə, Azərbaycan açıq cəmiyyət məkanıdır və burada başqa məkanlarda savaşan dairələr çox yaxşı dil tapa bilir. Bu gün Rusiyanı idarə edən şəxslər də Qərbin siyasətini görüb Bakıda bir araya gəlirlər. Azərbaycan sözün həqiqi mənasında barış diyarı kimi özünü sübut edir: "Xarici ölkələrdə insanların bizi sadəcə neft amilinə görə tanımamaları üçün bu cür humanitar forumları əhəmiyyətli hesab edirik. Burada ideyalar ixrac olunur. Müasir informasiya dövründə bu, çox önəmlidir".

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2014.- 11 oktyabr.- S.6.