Avstriyanın APA agentliyinin
baş direktoru
Bakı Beynəlxalq
Humanitar Forumunun əhəmiyyətini
yüksək qiymətləndirib
Vyana,
10 oktyabr (AzərTAc). Avropa Xəbər Agentlikləri
Alyansının (EANA) sabiq prezidenti, Avstriyanın APA agentliyinin
baş direktoru Peter Kropş IV Bakı Beynəlxalq Humanitar
Forumu ilə bağlı təəssüratlarını AzərTAc
ilə bölüşüb.
Forumda
ilk dəfə iştirak etdiyini bildirən P.Kropş bu mötəbər
beynəlxalq tədbirə yüksək peşəkarlıqla
təşkilati hazırlıq işləri
görüldüyünü xüsusi vurğulayıb. Baş
direktor Forumun gedişini, eləcə də müzakirəyə
çıxarılan mövzuların məzmun və
aktuallığını yüksək dəyərləndirərək
deyib: “Təşkilatçılar sözün həqiqi mənasında
ən müxtəlif qurumların nümayəndələrindən
ibarət geniş spektri “dəyirmi masa” ətrafında bir
araya gətirməyə nail oldular. Mənim medianın gələcək
roluna həsr edilmiş “dəyirmi masa”da iştirak və
çıxış etmək imkanım oldu. Məruzəçilərin
kulturoloji və real ictimai yanaşmasından asılı
olaraq, məruzələr böyük bir müstəvini əhatə
edirdi. Mətbuat və sosial mediaların təsirinin fərqli
tərzdə və üsulda qiymətləndirilməsi və
buradan necə də çoxşaxəli fəaliyyət
imkanlarının yarandığını müşahidə
etmək çox xoş idi. Forumun təşkilatçılarını
uğurlu tədbirə görə təbrik edirəm”.
Elgün Niftəliyev
AzərTAc-ın xüsusi
müxbiri
Vyana
Azərbaycan.-2014.- 11 oktyabr.- S.6.