Fransadakı
Azərbaycan diasporunun ən yaşlı
nümayəndəsinin xatirəsi ehtiramla
anılıb
Oktyabrın 10-da Parisdəki Azərbaycan
Mədəniyyət Mərkəzində Fransadakı Azərbaycan
diasporasının fəal üzvlərindən biri, sentyabr
ayında 97 yaşında dünyasını dəyişən
Qədir Süleymanovun xatirəsi anılıb.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov mərasimdə çıxış edərək deyib ki, Qədir Süleymanov ömrünün çox hissəsini Vətəndən uzaqda yaşamasına baxmayaraq Azərbaycanı və xalqını sevən həssas qəlbli bir insan olub. Ölkəmizdə baş verən hadisələrə daima maraq göstərib, dövlətimizin tərəqqisinə daima sevinib. Q.Süleymanovun əziz xatirəsi onu tanıyanların qəlbində daima yaşayacaq.
Mərhumun oğlu Boris Süleymanov atasının xatirəsinin əziz tutulduğu üçün Azərbaycan dövlətinə və səfirliyə minnətdarlıq edib, atasının Vətənə məhəbbətindən söz açıb.
Mərasimdə səfirliyin və Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin əməkdaşları, diasporamızın təmsilçiləri iştirak ediblər.
Əsgər Əliyev
AzərTAc-ın xüsusi müxbiri
Paris
Azərbaycan.
- 2014.- 12 oktyabr.- S. 7.