Azərbaycan Prezidenti İlham Əliyev Rusiya
müdafiə nazirinin
başçılıq
etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də
Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun
başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib.
Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin dinamik şəkildə uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı bu yaxınlarda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Həştərxanda və Minskdə görüşlərini məmnunluqla xatırladı və yüksək səviyyəli görüşlərin mütəmadi olaraq keçirildiyini bildirdi. Siyasi, iqtisadi sahələrdə əlaqələrimizin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev hərbi və hərbi-texniki sahədə əməkdaşlığımızın da ikitərəfli münasibətlərimizin genişləndirilməsi baxımından önəmini qeyd etdi. Dövlətimizin başçısı Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin hərbi və hərbi-texniki sahədə əməkdaşlığımızın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağını bildirdi və səfərin səmərəli olacağına əminliyini ifadə etdi.
İkitərəfli münasibətlərimizin
inkişafı ilə bağlı deyilən xoş
sözlərə görə dövlətimizin
başçısına minnətdarlığını bildirən
Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu
Həştərxanda və Minskdə keçirilən yüksək
səviyyəli görüşlərin önəmini qeyd etdi. Sergey Şoyqu
Xəzər dənizində əməkdaşlıqla
bağlı qəbul olunan qərarların
əhəmiyyətini vurğuladı. Xəzər dənizi
hövzəsində hərbi əməkdaşlığın
uğurla inkişaf etdirildiyini vurğulayan nazir bugünkü görüşün də əlaqələrimizin
gələcəkdə daha da genişləndirilməsi işinə xidmət
edəcəyinə əminliyini bildirdi.
Azərbaycan.-2014.- 14 oktyabr.- S.1.