Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Kommunist Partiyası Siyasi Bürosunun üzvü,
partiyanın Mərkəzi Komitəsinin Katibliyinin
daimi üzvü Le Honq Anhın
başçılıq etdiyi nümayəndə
heyətini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də
Vyetnam Kommunist Partiyası (VKP) Siyasi Bürosunun üzvü,
VKP Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü Le
Honq Anhın başçılıq etdiyi nümayəndə
heyətini qəbul edib.
Vyetnam
Respublikasına rəsmi səfərini məmnunluqla
xatırlayan dövlətimizin başçısı bu səfərin
yüksək səviyyədə ilk rəsmi səfər
olması baxımından önəmini qeyd etdi. Prezident
İlham Əliyev Vyetnam Kommunist Partiyası Siyasi Bürosunun
üzvü və partiyanın Mərkəzi Komitəsinin
Katibliyinin daimi üzvü Le Honq Anhın
başçılıq etdiyi nümayəndə heyətinin
ölkəmizə səfərinin də Azərbaycan ilə
Vyetnam arasında intensiv əlaqələrin davam etdirilməsi
və əməkdaşlığımızın möhkəmləndirilməsi
işinə xidmət edəcəyinə ümidvar olduğunu
bildirdi.
Vyetnam
Kommunist Partiyası Siyasi Bürosunun üzvü, VKP Mərkəzi
Komitəsinin Katibliyinin daimi üzvü Le Honq Anh Azərbaycana
ilk dəfə səfər etməsindən və Prezident
İlham Əliyevlə görüşündən məmnun
olduğunu bildirdi. Le Honq Anh Azərbaycan ilə Vyetnam
arasında dostluq və əməkdaşlıq əlaqələrinin
yaxşı tarixə malik olduğunu vurğuladı. Qonaq Azərbaycan
Prezidenti İlham Əliyevin Vyetnama ilk rəsmi səfərinin
ikitərəfli əlaqələrimizin inkişafına
böyük təkan verdiyini dedi.
Görüşdə
ölkələrimiz arasında əməkdaşlığın
müxtəlif istiqamətlərdə, o cümlədən
ticarət dövriyyəsinin artırılması, neft-qaz, sərmayə
qoyuluşu sahələrində, mədəni, humanitar və
digər sahələrdə inkişaf etdirilməsi
üçün yaxşı imkanların olduğu
vurğulandı.
Azərbaycan.-2014.- 14 oktyabr.- S.1.