R.H.Abdullayevə və Ç.Ə.Məmmədova «Əməkdar

 mühəndis» fəxri adının verilməsi haqqında

 

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə Ramiz Həbibulla oğlu Abdullayevə və Çingiz Əjdər oğlu Məmmədova "Əməkdar mühəndis" fəxri adı verilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 oktyabr 2014-cü il

Azərbaycan.-2014.- 14 oktyabr.- S.1.