M.Ə.Məmmədyarovun «Şərəf»
ordeni ilə təltif edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda kimya elminin inkişafında xidmətlərinə görə Məmmədyarov Məhərrəm Əli oğlu "Şərəf" ordeni ilə təltif edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 13 oktyabr 2014-cü il
Azərbaycan.-2014.- 14 oktyabr.- S.1.