Azərbaycan ilə Rusiya
arasında
2015-ci il
üçün Əməkdaşlıq Planı imzalanıb
Oktyabrın
13-də Azərbaycan Respublikasının müdafiə naziri,
general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə
olan Rusiya Federasiyasının müdafiə naziri, ordu
generalı Sergey Şoyqu ilə görüşüb.
Müdafiə
Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər
ki, geniş tərkibdə keçirilən görüşdə
general-polkovnik Z.Həsənov iki ölkə arasında əməkdaşlığın
dostluq münasibətləri və qarşılıqlı
inam üzərində qurulduğunu və bu əlaqələrin
daim inkişaf etdiyini vurğulayıb. Nazir Ermənistanın
Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində
ərazilərimizin işğal olunması, bunun nəticəsində
doğma ocaqlarından didərgin salınmış bir
milyondan artıq azərbaycanlının qaçqın və
məcburi köçkünə çevrilməsi
faktını qonaqların diqqətinə
çatdırıb.
Ordu
generalı S.Şoyqu dövlətlərimizin əlaqələrinin
möhkəm dostluq münasibətlərinə əsaslandığını,
Rusiyanın Azərbaycanın vacib tərəfdaşı
olduğunu qeyd edib.
Sonra
iki ölkə arasında beynəlxalq və regional təhlükəsizlik,
Xəzərdə hərbi əməkdaşlıq barədə
fikir mübadiləsi aparılıb, ikitərəfli hərbi
texniki və hərbi təhsil sahələrində əlaqələrin
əsas inkişaf istiqamətləri, eləcə də
qarşılıqlı maraq doğuran digər məsələlər
müzakirə edilib.
Görüşün
sonunda müdafiə nazirləri iki ölkə arasında
2015-ci il üçün Əməkdaşlıq
Planını imzalayıblar.
Azərbaycan.-2014.- 14 oktyabr.- S.2.