Yenidən yaratma və dəyişikliklər etmə yolu ilə bir sıra seçki dairələrinin hüdudlarında, dislokasiyalarında, sxemlərində və qrafik təsvirlərində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 2/19

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələbləri əsasında Azərbaycan Respublikasının ərazisində hazırda fəaliyyətdə olan seçki dairələri yaradaraq onların hüdudlarını və dislokasiyalarını müəyyən etmiş, sxemqrafik təsvirlərini təsdiq etmiş, dəyişiklik zərurəti yaradan halların qanunvericiliyin tələblərinə uyğun həll olunması məqsədilə mütəmadi olaraq tədbirlər görmüşdür. Hazırda həmin fəaliyyətin davamı olaraq seçki dairələri və məntəqələri seçicilərinin sayının təmsilçilik normasına uyğunlaşdırılması, seçicilərin və digər seçki subyektlərinin hüquqlarının həyata keçirilməsinə daha səmərəli rahat şəraitin yaradılması, habelə bəzi bələdiyyələrin ərazilərinin dəyişdirilməsinə səbəb olmuş normativ hüquqi aktların qəbul edilməsi ilə əlaqədar bir sıra seçki dairələrində yenidən dəyişikliklər zərurəti yaranmışdır. Ona görə də 41 saylı Sumqayıt birinci, 44 saylı Sumqayıt-Abşeron və 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairələri ləğv olunmaqla onların bazasında yeni seçki dairələri yaradılmaqla, 42 saylı Sumqayıt ikinci, 43 saylı Sumqayıt üçüncü, 76 saylı Lənkəran-Astara, 77 saylı Astara, 109 saylı Balakən və 111 saylı Zaqatala-Balakən seçki dairələri də daxil olmaqla onların hüdudlarında, dislokasiyalarında, qrafik təsvirlərində dəyişiklik edilməli, yenidən yaradılmış seçki dairələrinin seçki komissiyalarının, habelə bu qərarın icrası ilə əlaqədar yaradılmalı olan seçki məntəqələrinin seçki komissiyalarının qısa müddət ərzində formalaşdırılması ilə bağlı müvafiq tədbirlər görülməlidir. Qeyd edilənlərlə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən yaradılan və mütəxəssislərdən ibarət olan seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın müvafiq rəyi də mövcuddur. Ona görə də Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində tədbirlər görməli, dairə seçki komissiyalarının səlahiyyətinə aid olan məsələlərin qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə həll olunması işini həmin dairə seçki komissiyalarına həvalə etməlidir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 29.5-ci maddəsinin tələbinə görə seçicilər barəsində məlumatlar əsasında, hər 5 ildən bir vahid seçicilər siyahısı tərtib edildikdən və seçki dairələrinin yaradılması sxemionun qrafik təsviri təsdiq edildikdən sonra, həmin dövr ərzində Azərbaycan Respublikası Seçki Məcəlləsinin 29.3-cü və 46-cı maddələrinin tələbləri nəzərə alınmaqla seçki dairələrinin sxemionun qrafik təsviri yenidən təsdiq edilə bilər.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 29.1-ci, 35.2-ci və 35.3-cü maddələrinin tələblərinə əsasən seçki dairələri Mərkəzi Seçki Komissiyası tərəfindən həmin Məcəllənin 29-cu və digər müvafiq maddələrinin tələbləri nəzərə alınmaqla, seçki məntəqələri isə dairə seçki komissiyaları tərəfindən müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə qurumları ilə razılaşdırılmaqla, seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi, yerli və digər şəraitin münasibliyi, seçki dairələrinin sərhədlərinin pozulmasının yolverilməzliyi və seçicilərin sayının qanunvericiliklə müəyyən olunmuş normalara uyğunluğuna dair tələblərə əməl edilməklə yaradılır.

Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.4-cü, 29-cu və 35-ci maddələrinə uyğun olaraq  qərara alır:

1. Yenidən yaratma və dəyişikliklər etmə yolu ilə aşağıdakı seçki dairələrinin hüdudlarında, dislokasiyalarında, sxemlərində və qrafik təsvirlərində müvafiq dəyişikliklər edilsin:

1.1.  Azərbaycan Respublikası Seçki Məcəlləsinin 29.7.2-29.7.5-ci maddələri əsasında müəyyən edilmiş hallar dəyişdirilmədən 41 saylı Sumqayıt birinci seçki dairəsi  ləğv edilərək onun bazasında 44 saylı Sumqayıt-Xızı seçki dairəsi, 44 saylı Sumqayıt-Abşeron seçki dairəsi ləğv edilərək onun bazasında 41 saylı Sumqayıt birinci seçki dairəsi, 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsi ləğv edilərək onun bazasında mərkəzi Abşeron rayonunda yerləşməklə 50 saylı Abşeron-Qobustan seçki dairəsi yaradılsın.

1.2.  Mövcud olmuş 41 saylı Sumqayıt birinci seçki dairəsinin dislokasiyasına aid olan 1, 2, 3, 4, 5, 6, 7, 8, 14, 28, 29, 30, 31, 32, 33, 34, 36, 37, 38, 39 saylı seçki məntəqələrinin (cəmi 20850 seçici qeydə alınmış 20 seçki məntəqəsi) əraziləri tam şəkildə 42 saylı Sumqayıt ikinci seçki dairəsinin hüdudlarına daxil edilsin.

1.3.  42 saylı Sumqayıt ikinci seçki dairəsinin dislokasiyasına aid olan 4, 5, 6, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36 saylı seçki məntəqələrinin (cəmi  21145 seçici qeydə alınmış 18 seçki məntəqəsi) əraziləri tam şəkildə 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin hüdudlarına daxil edilsin.

1.4.  43 saylı Sumqayıt üçüncü seçki dairəsinin dislokasiyasına aid olan 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 27, 28, 29, 30, 31, 32, 33 saylı seçki məntəqələrinin (cəmi 21803 seçici qeydə alınmış 17 seçki məntəqəsi) əraziləri tam şəkildə yeni yaradılmış 41 saylı Sumqayıt birinci seçki dairəsinin hüdudlarına daxil edilsin.

1.5.  Mövcud olmuş 44 saylı Sumqayıt-Abşeron seçki dairəsinin dislokasiyasında  Abşeron rayonuna aid Saray bələdiyyəsi (23, 24, 25, 26, 37 saylı seçki məntəqələri), Novxanı bələdiyyəsi (27, 28, 38 saylı seçki məntəqələri) və  Ceyranbatan  bələdiyyəsinin (31, 32, 33 saylı seçki məntəqələri) (cəmi 3 Bələdiyyə, 13343 seçici qeydə alınmış 11 seçki məntəqəsi) əraziləri tam şəkildə yeni yaradılmış 50 saylı Abşeron-Qobustan seçki dairəsinin hüdudlarına daxil edilsin.

1.6.  Mövcud olmuş 44 saylı Sumqayıt-Abşeron seçki dairəsinin dislokasiyasında  Abşeron rayonuna aid olan Masazır bələdiyyəsi (17, 18, 19, 36 saylı seçki məntəqələri),  Fatmayı bələdiyyəsi (20, 21 saylı seçki məntəqələri), Görədil bələdiyyəsi (22 saylı seçki məntəqəsi), Digah bələdiyyəsi (29,30 saylı seçki məntəqələri),  Məmmədli bələdiyyəsinin (34,35 saylı seçki məntəqələri) (cəmi 5 bələdiyyə, 14371 seçici qeydə alınmış 11 seçki məntəqəsi) əraziləri tam şəkildə 45 saylı Abşeron seçki dairəsinin hüdudlarına daxil edilsin.

1.7.  45 saylı Abşeron seçki dairəsinin dislokasiyasında Abşeron rayonuna aid olan Hökməli bələdiyyəsi (20, 21, 22  saylı seçki məntəqələri), Qobu bələdiyyəsi (23, 24, 25 saylı seçki məntəqələri), Güzdək bələdiyyəsi (26 saylı seçki məntəqəsi), Aşağı Güzdək bələdiyyəsi (31 saylı seçki məntəqəsi), Pirəkəşkül-Qobustan bələdiyyəsinin (32, 33, 36, 37  saylı seçki məntəqələri) (cəmi 5 bələdiyyə, 13559 seçici qeydə alınmış 12 seçki məntəqəsi) əraziləri tam şəkildə yeni yaradılmış 50 saylı Abşeron-Qobustan seçki dairəsinin hüdudlarına daxil edilsin.

1.8.  Mövcud olmuş 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsinin dislokasiyasında Xızı rayonuna aid olan  Xızı bələdiyyəsi (29 saylı seçki məntəqəsi),  Altıağac bələdiyyəsi (30 saylı seçki məntəqəsi), Baxışlı bələdiyyəsi (31 saylı seçki məntəqəsi), Xələnc-Fındığan bələdiyyəsi (32, 33 saylı seçki məntəqələri), Tıxlı bələdiyyəsi (34 saylı seçki məntəqəsi), Qarabulaq bələdiyyəsi (35 saylı seçki məntəqəsi), Giləzi bələdiyyəsi (36, 42, 52 saylı seçki məntəqələri), Sitalçay bələdiyyəsi (37 saylı seçki məntəqəsi), Şurabad bələdiyyəsi (38 saylı seçki məntəqəsi), Yeni Yaşma bələdiyyəsi (39, 51 saylı seçki məntəqələri), Ağdərə bələdiyyəsi (40 saylı seçki məntəqəsi), Məşədi Həsən bələdiyyəsi (41 saylı seçki məntəqəsi), (cəmi 12 bələdiyyə, 9289 seçici qeydə alınmış 16 seçki məntəqəsi) və Sumqayıta aid Hacı Zeynalabdin bələdiyyəsinin (43, 44, 45, 46, 47, 48, 49, 50, 53, 54 saylı seçki məntəqələri) (cəmi 1 bələdiyyə, 10 məntəqə, 13707 seçici) əraziləri tam şəkildə yeni yaradılmış 44 saylı Sumqayıt-Xızı seçki dairəsinin hüdudlarına daxil edilsin.

1.9.  77 saylı Astara seçki dairəsinin dislokasiyasına aid olan 1897 seçici qeydə alınmış 34 və 35 saylı seçki məntəqələrinin əraziləri (ləğv edilmiş Maşxan bələdiyyəsinin əraziləri) 76 saylı Lənkəran-Astara seçki dairəsinin dislokasiyasına aid olan Təngərüd bələdiyyəsinin bir hissəsi kimi həmin dairənin hüdudlarına daxil edilsin.

1.10. 109 saylı Balakən seçki dairəsinin dislokasiyasına aid olan 925 seçici qeydə alınmış 6 saylı seçki məntəqəsinin əraziləri (ləğv edilmiş Qasbinə bələdiyyəsinin əraziləri) 111 saylı Zaqatala-Balakən seçki dairəsinin dislokasiyasına aid olan Mahamalar bələdiyyəsinin bir hissəsi kimi həmin dairənin hüdudlarına daxil edilsin.

2.  9 saylı Binəqədi ikinci, 11 saylı Qaradağ, 13 saylı Xəzər-Pirallahı, 14 saylı Xəzər, 18 saylı Nərimanov-Nizami, 19 saylı Nərimanov birinci, 24 saylı Nizami birinci, 26 saylı Sabunçu birinci, 27 saylı Sabunçu ikinci, 28 saylı Sabunçu üçüncü, 31 saylı Suraxanı ikinci, 32 saylı Suraxanı üçüncü, 33 saylı Xətai birinci, 34 saylı Xətai ikinci, 35 saylı Xətai üçüncü, 36 saylı Xətai dördüncü, 46 saylı Şirvan, 50 saylı Abşeron-Qobustan, 51 saylı Qusar, 52 saylı Quba, 53 saylı Quba-Qusar, 54 saylı Şabran-Siyəzən, 55 saylı Xaçmaz şəhər, 56 saylı Xaçmaz kənd, 59 saylı Salyan, 60 saylı Salyan-Neftçala, 61 saylı Neftçala, 62 saylı Saatlı, 63 saylı Sabirabad birinci, 66 saylı Biləsuvar, 67 saylı Cəlilabad şəhər, 68 saylı Cəlilabad kənd, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 71 saylı Masallı kənd, 75 saylı Lənkəran-Masallı, 80 saylı İmişli-Beyləqan, 81 saylı Beyləqan, 82 saylı Ağcabədi, 83 saylı Ağcabədi-Füzuli, 84 saylı Füzuli, 86 saylı İsmayıllı, 88 saylı Göyçay, 89 saylı Göyçay-Ağdaş, 91 saylı Ucar, 95 saylı Tərtər, 96 saylı Goranboy-Naftalan, 97 saylı Goranboy-Ağdam-Tərtər,102 saylı Samux-Şəmkir, 109 saylı Balakən, 110 saylı Zaqatala, 111 saylı Zaqatala-Balakən, 112 saylı Qax, 113 saylı Şəki şəhər, 114 saylı Şəki kənd birinci, 116 saylı Qəbələ, 117 saylı Oğuz-Qəbələ, 121 saylı Laçın, 123 saylı Kəlbəcər, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd, 125 saylı Zəngilan-Qubadlı seçki dairələrinin dislokasiyaları daxilində mövcud seçki məntəqələrinin qanunvericiliyin tələblərinə (seçicilərin sayının mövcud normalara uyğunlaşdırılması, seçki hüquqlarının həyata keçirilməsi üçün daha rahat şəraitin yaradılması və s.) uyğunlaşdırılması məqsədi ilə əlavə seçki məntəqələrinin yaradılması müvafiq dairə seçki komissiyalarına həvalə edilsin.

3. Yeni yaradılmış seçki dairələrinin və yeni yaradılmalı olan seçki məntəqələrinin seçki komissiyalarının qısa müddət ərzində formalaşdırılması üçün müvafiq tədbirlər görülsün.

4. Qərarın icrası öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən və müvafiq dairə seçki komissiyalarına həvalə edilməklə həyata keçirilsin.

5. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr        Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov

 

13.10.2014-cü il

       

         Azərbaycan.-2014.- 14 oktyabr.- S.3.