“Avropa irs
günləri” müxtəlif mədəniyyətə
malik
insanları bir araya toplayır
Oktyabrın
13-də Azərbaycanın Avropa Şurasının Nazirlər
Komitəsinə sədrliyi çərçivəsində
“Avropa irs günləri”nə həsr olunan mətbuat
konfransı keçirilib.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Avropa Şurasının demokratik idarəçilik direktorluğunun nümayəndələrinin iştirakı ilə baş tutan konfransda ötən illərdə Azərbaycanda “Avropa irs günləri”nin qeyd olunmasına həsr olunmuş qısa film nümayiş olunub.
Sonra milli əlaqələndiricilər – Azərbaycan üzrə Emil Səfərov, Avropa Şurasından Madelena Qrossman, Şimali İrlandiyadan Mixail Koulter, İrlandiyadan İzabel Smiz, İspaniyadan Ana Şobel, Şotlandiyadan Lesli Makevan “Avropa irs günləri”nin əhəmiyyətindən, eləcə də təmsil etdikləri ölkələrin müvafiq sahə üzrə əldə etdikləri təcrübədən söz açıblar.
Bildirilib ki, hazırda 50 ölkənin nümayəndəsi Azərbaycana toplaşıb. Bu çox möhtəşəm imkandır ki, proqramı birgə icra edirik.
Bakıda keçiriləcək tədbirlər çərçivəsində müvafiq sahələr üzrə əməkdaşlığın qurulmasına dair müzakirələr aparılacaq.
Mətbuat konfransında “Avropa irs günləri portalı”nın təqdimatı olub.
Qeyd olunub ki, “Avropa irs günləri” Avropa vətəndaşları arasında əməkdaşlıq
çərçivəsində kütləvi qeyd
olunan mədəni təşəbbüslərdən
biridir. 1985-ci ildə Avropa
Şurası tərəfindən irəli sürülmüş
bu təşəbbüsə 1999-cu ildə
Avropa İttifaqı Komissiyası da qoşulub.
Hər iki qurum indiyədək
bu proqramı birgə davam
etdirir. Hər il
sözügedən layihə Avropanın 50 ölkəsində
keçirilir və müəyyən olunmuş günlərdə ziyarətçilər
üçün minlərlə abidələrə
və tarixi yerlərə ödənişsiz
giriş təmin edilir.
Bu təcrübə ilə Avropa vətəndaşları yalnız mədəni
irsin zənginliyindən zövq
almır, eyni zamanda indiki və gələcək nəsil üçün onların qorunmasına və
vəziyyətinin yaxşılaşdırılması işlərinə
fəal şəkildə cəlb olunur. Hər
il təxminən 20 milyona
yaxın insan bu təşəbbüsdən
yararlanır.
Azərbaycan.-2014.- 14 oktyabr.- S.7.