Yeni yaradılan Pirallahı rayonu sürətlə inkişaf
edir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Qala-Pirallahı
avtomobil yolunun birinci hissəsinin
açılışından sonra Pirallahı rayonuna gəldi.
Rayon icra hakimiyyətinin başçısı Vasif İmanov Prezident İlham Əliyevə Pirallahıda görülən işlər və qəsəbənin baş planı ilə bağlı ətraflı məlumat verdi.
Yeni yaradılan Pirallahı
rayonu da sürətli
inkişaf dövrünü
yaşayır. Prezident İlham
Əliyev Bakı şəhəri Pirallahı rayonunun
yaradılmasına dair Qanunun
tətbiqi barədə Sərəncam imzaladıqdan sonra bu rayonda
geniş quruculuq və
abadlıq işləri həyata keçirilib.
Qısa müddətdə Pirallahı qəsəbəsinin bütün yaşayış məhəllələrində
abadlıq işləri geniş vüsət
alıb. Aparılan yenidənqurma işləri nəticəsində
Pirallahı qəsəbəsinin siması sürətlə
müasirləşir. İndi qəsəbədə
küçə və məhəllədaxili
işıqlandırma sistemlərinin yenidən qurulmasında, ictimai nəqliyyatın fasiləsiz işində,
sosial təyinatlı obyektlərin - məktəblərin,
uşaq
bağçalarının, xəstəxanaların, mədəniyyət
evlərinin təmir-tikintisi və bərpası istiqamətində
xeyli işlər görülür.
Pirallahı qəsəbəsinin inkişaf
perspektivlərinə uyğun olaraq alternativ yolun inşası, kommunikasiya
xətlərinin yerinin dəqiqləşdirilməsi,
üzgüçülük, kurort komplekslərinin inşası, qəsəbədə
qaçqınlar və məcburi köçkünlər üçün yaşayış kompleksinin tikintisi, helikopter meydançasının yeni əraziyə köçürülməsi,
magistral yolun kənarlarında
salınacaq yaşıllıqlar, abad məhəllə
və digər işlərin həyata keçirilməsi nəzərdə
tutulur.
Azərbaycan.-2014.- 15 oktyabr.- S.1.