Azərbaycan Prezidenti İlham Əliyev Fələstin Dövlətinin
xarici işlər nazirinin
başçılıq etdiyi nümayəndə
heyətini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də
Fələstin Dövlətinin xarici işlər naziri Riyad əl-Malikinin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib.
Fələstinin
xarici işlər naziri Riyad əl-Maliki Prezident Mahmud
Abbasın salamlarını dövlətimizin
başçısı İlham Əliyevə
çatdırdı. O, Azərbaycanın Fələstinə
verdiyi dəstəyin və göstərilən humanitar
yardımın ölkəsində yüksək qiymətləndirildiyini
dedi. Riyad əl-Maliki Azərbaycanın BMT Təhlükəsizlik
Şurasına sədrliyi dövründə, ondan əvvəl
və sonra bu dəstəyi daim hiss etdiklərini məmnunluqla
qeyd etdi.
Azərbaycan
Prezidenti İlham Əliyev Fələstin Dövlətinin
Prezidenti Mahmud Abbasın ölkəmizə uğurlu səfərini
məmnunluqla xatırladı. Ölkələrimiz arasında
dostluq əlaqələrinin yaxşı tarixə malik olduğunu
vurğulayan dövlətimizin başçısı beynəlxalq
təşkilatlar çərçivəsində əməkdaşlığın
və qarşılıqlı dəstəyin bundan sonra da davam
etdiriləcəyinə əminliyini ifadə etdi.
Prezident
İlham Əliyev Prezident Mahmud Abbasın salamlarına görə
minnətdarlığını bildirdi, onun da
salamlarını Fələstin Dövlətinin
başçısına çatdırmağı xahiş
etdi.
Azərbaycan.-2014.- 16 oktyabr.- S.1.