Riyad əl-Maliki: Azərbaycanın
Fələstinə
verdiyi dəstəyi yüksək qiymətləndiririk
Azərbaycanın
Fələstinə verdiyi dəstəyi və göstərdiyi
yardımı yüksək qiymətləndiririk, buna görə
minnətdarıq. Biz Azərbaycan ilə müxtəlif sahələrdə
əlaqələrin inkişafına böyük önəm
veririk.
AzərTAc
xəbər verir ki, bu sözləri Fələstinin xarici
işlər naziri Riyad əl-Maliki oktyabrın 15-də Milli Məclisin
sədri Oqtay Əsədov ilə görüşündə
söyləyib.
Fələstinin
Azərbaycanın dəstəyini hər zaman hiss etdiyini deyən
nazir Bakıya səfəri zamanı müxtəlif sahələrdə
ikitərəfli əlaqələrin genişləndirilməsi
ilə bağlı səmərəli müzakirələrin
aparıldığını bildirib.
Oqtay
Əsədov Azərbaycan və Fələstin arasında ənənəvi
dostluq əlaqələrinin mövcud olduğunu deyib. Milli Məclisin
sədri Azərbaycanın beynəlxalq təşkilatlarda Fələstini
hər zaman dəstəklədiyini, bu dəstəyin davam edəcəyini
söyləyib. Sədr humanitar və sosial sahələrdə
əlaqələrin inkişafı üçün
böyük potensialın olduğunu diqqətə
çatdırıb, bu istiqamətdə işlərin
görüləcəyinə əminliyini bildirib. Oqtay Əsədov,
həmçinin vurğulayıb ki, Azərbaycan və Fələstin
Xarici İşlər nazirlikləri arasında oktyabrın 15-də
imzalanmış Anlaşma Memorandumu əməkdaşlığın
dərinləşməsinə töhfə verəcək.
Azərbaycan.-2014.- 16 oktyabr.- S.2.