Azərbaycan və Çexiya
arasında möhkəm
siyasi, iqtisadi, mədəni əlaqələr
var
Milli Məclisin sədri Oqtay Əsədov oktyabrın 15-də Çexiya parlamentinin Deputatlar Palatası sədrinin müavini Voytex Filipin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə ölkələrimiz arasında möhkəm siyasi, iqtisadi, mədəni əlaqələrin olduğunu söyləyib. Oqtay Əsədov deyib ki, əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün yaxşı potensial var.
Milli Məclisin sədri parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsində oynadığı rolu qeyd edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Oqtay Əsədov 20 ildən artıqdır davam edən bu münaqişənin hələ də öz ədalətli həllini tapmadığını diqqətə çatdırıb. Milli Məclisin sədri rəsmi Praqanın bu məsələdə Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə, 2013-cü ildə Çexiya parlamentinin Deputatlar Palatasının Xocalı soyqırımı ilə bağlı sənəd qəbul etdiyinə görə təşəkkürünü bildirib.
Deputatlar Palatası sədrinin
müavini Voytex Filip deyib ki,
son dövrlər ölkələrimiz
arasında münasibətlər həqiqətən də inkişaf edir. O, ticari əlaqələrin daha
da genişləndirilməsinin vacibliyini qeyd edib. V.Filip Azərbaycana səfəri
zamanı keçirdiyi görüşlərin
parlamentlərarası əlaqələrin daha
da möhkəmlənməsinə töhfə
verəcəyinə əminliyini bildirib.
Azərbaycan.-2014.- 16 oktyabr.- S.2.