Rəsmi
qarşılanma mərasimi
Azərbaycan Prezidenti İlham
Əliyev Tacikistana rəsmi səfəri
Tacikistan
Respublikasına rəsmi səfərə gələn Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın
16-da Düşənbədə Millət Sarayında rəsmi
qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.
Azərbaycanın və Tacikistanın dövlət himnləri səsləndi.
Azərbaycan Prezidenti Tacikistan əsgərlərini salamladı.
Dövlət başçıları fəxri
qarovul dəstəsinin
qarşısından keçdilər.
Azərbaycan Respublikasının nümayəndə
heyətinin üzvləri
Prezident Emoməli Rəhmona, Tacikistan Respublikasının dövlət
və hökumət nümayəndələri Prezident
İlham Əliyevə
təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının
qarşısından keçdi.
Prezidentlər rəsmi foto
çəkdirdilər.
Azərbaycan.-2014.- 17 oktyabr.- S.1.