Azərbaycan Prezidenti İlham Əliyevə Tacikistan Milli
Universitetinin Fəxri Doktoru diplomu təqdim olunub
Azərbaycan Prezidenti İlham
Əliyev Tacikistana rəsmi səfəri
Oktyabrın 16-da Düşənbədə Azərbaycan
Prezidenti İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomunun təntənəli
təqdim edilməsi mərasimi keçirilib.
Prezident İlham Əliyevi universitetin tələbələri
duz-çörəklə qarşıladılar.
Əvvəlcə dövlətimizin başçısı
universitetin bitkilərin
öyrənilməsi üzrə
elmi-tədqiqat mərkəzinin
fəaliyyətini əks
etdirən sərgi ilə tanış
oldu. Bildirildi ki, bu mərkəzdə bitkilərdən
təbabətdə istifadə
olunan müxtəlif müalicəvi vasitələr
hazırlanır.
Prezident
İlham Əliyevə
ali təhsil
ocağının kitab
fondunda saxlanılan qədim əlyazmalar haqqında da məlumat verildi. Burada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami
Gəncəvinin “Xəmsə”sinə
daxil olan bir neçə əsərin orta əsrlərə aid əlyazmaları
da var.
Sərgidə, həmçinin ümummilli
lider Heydər Əliyev, Azərbaycan və Tacikistan prezidentləri İlham Əliyev və Emoməli Rəhmon haqqında kitablar nümayiş olunur.
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyev haqqında tacik dilində çap olunmuş kitabı imzaladı.
Sonra Fəxri
Doktor diplomunun təqdimat mərasimi oldu.
Tacikistan
Milli Universitetinin rektoru Mahmaisuf İMOMOV çıxış edərək
dedi:
- Çox hörmətli cənab Prezident İlham Heydər oğlu Əliyev.
Hörmətli qonaqlar, əziz həmkarlar və dostlar.
İcazə verin Tacikistan Milli Universitetinin professor-müəllim heyəti və tələbələri
adından Sizi universitetimizin divarları arasında salamlayaq. Tacikistanın Milli Universitetinə xoş gəlmisiniz.
Rektor bildirdi ki, xalqlarımız əsrlərin dərinliyindən
gələn qarşılıqlı
münasibətlər ənənələrinə
malikdirlər.
Dahi Azərbaycan
şairi və mütəfəkkiri Nizami
Gəncəvinin yaradıcılığından
danışan rektor bir çox nəsillərin nümayəndələrinin
bu yaradıcılıqdan
bəhrələndiyini söylədi.
Tacikistanlı alimlərin Azərbaycanın
böyük oğullarının
əsərlərinin öyrənilməsi
istiqamətində xeyli
iş gördüklərini
vurğulayan rektor dedi:
- Çox hörmətli İlham Heydər oğlu. Biz Sizi
multikulturalizmin fəal
tərəfdarı kimi
tanıyırıq. Sizin rəhbərliyinizlə
Azərbaycan, xüsusilə
onun paytaxtı Bakı mühüm elmi və mədəni
mərkəzə çevrilir.
Bakı Beynəlxalq Humanitar Forumu ənənəvi hal alır. Mədəniyyətlərarası dialoqun çətinliyi
şəraitində Bakı
Beynəlxalq Multikulturalizm
Mərkəzinin yaradılması
ideyanız, cənab Prezident, xüsusilə aktualdır. Tacikistanın elmi və universitet
ictimaiyyəti, o cümlədən
Tacikistan Milli Universitetinin alimləri və müəllimləri
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
yaradılmasını alqışlayırlar.
Əminəm ki, müasir
dünyanın problemlərinin
həlli istiqamətində
bizim alimlərimiz azərbaycanlı həmkarları
ilə fəal əməkdaşlıq edəcəklər.
Tacikistan Milli Universiteti Azərbaycanın təhsil
və elmi müəssisələri ilə
humanitar əməkdaşlığı
inkişaf etdirmək əzmindədir. Bizim universitetlə Bakı
Dövlət Universiteti
arasında xüsusi münasibət yaranıb.
Universitet Azərbaycan mədəniyyətinin
yayılması işinə
öz töhfəsini
verir, qardaş xalqlarımızın yaxınlaşmasında
fəal addımlar atır. Sizin səfəriniz ərəfəsində
- oktyabrın 14-də universitetimizdə
Elmira Axundovanın tacik
dilinə tərcümə
olunmuş 6 cildlik “Heydər Əliyev: şəxsiyyət və zaman” əsərinin və Nikolay Zinkeviçin Azərbaycan
xalqının böyük
oğlu, dünya miqyaslı siyasi xadim Heydər Əliyevin həyat və yaradıcılığına
həsr olunmuş “Həyatın ziqzaqları”
kitabının təqdimatı
keçirilib.
Çox
hörmətli İlham
Heydər oğlu! Elmin, təhsilin və mədəniyyətin,
beynəlxalq əməkdaşlığın,
Tacikistan və Azərbaycan xalqları arasında dostluğun möhkəmləndirilməsinə, inkişafına verdiyiniz mühüm töhfələri
nəzərə alaraq,
Tacikistan Milli Universitetinin Elmi Şurası 2014-cü il oktyabrın 14-də Sizə
Tacikistan Milli Universitetinin Fəxri Doktoru adı verilməsini qərara alıb. İcazə verin, Tacikistan
Milli Universitetinin Fəxri Doktoru diplomunun və Universitetin Elmi Şurasının fəxri
üzvü mantiyasının
təqdim edilməsi ilə bağlı təntənəli mərasimi
açıq elan edim.
Hər iki ölkənin dövlət
himni səsləndirildi.
Universitetin rektoru Mahmaisuf
İMOMOV dedi:
- Hörmətli qonaqlar. İcazə verin Tacikistan Milli Universiteti Elmi Şurasının qərarını səsləndirim.
Tacikistan
Milli Universiteti Elmi Şurasının qərarı. “Universitetin
Elmi Şurası universitetin rektorunun təqdimatını dinləyərək
qərara alıb ki, Azərbaycan Respublikasının Prezidenti,
siyasi elmlər doktoru İlham Heydər oğlu Əliyevə diplom və mantiya təqdim edilməklə Tacikistan Milli Universitetinin Fəxri Doktoru adı verilsin”.
Cənab İlham Heydər oğlu Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomu və universitetin Elmi Şurasının fəxri üzvü mantiyası gətirilsin.
Fəxri Doktor diplomu və mantiyası Azərbaycan Prezidentinə
təqdim olundu.
Mahmaisuf
İMOMOV dedi:
- Artıq İlham Heydər oğlu Əliyev Tacikistan Milli Universitetinin Fəxri Doktoru və universitetimizin Elmi Şurasının fəxri üzvüdür. Təbii ki, söz fəxri doktorumuz, Azərbaycan Respublikasının Prezidenti, siyasi elmlər doktoru İlham Heydər oğlu Əliyevə verilir. Buyurun.
X X X
Dövlətimizin başçısı universitetin professor-müəllim heyəti və
tələbələri qarşısında nitq
söylədi.
Azərbaycan.-2014.- 17 oktyabr.- S.3-4.