Tacikistan parlamentinin
aşağı palatasının sədri ilə görüş
Xüsusi müxbirimiz xəbər
verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev oktyabrın 16-da Tacikistana rəsmi səfəri
çərçivəsində Milli Məclisin
aşağı palatasının sədri Şükürcon
Zuxurovla görüşüb.
Görüşdə
ikitərəfli əlaqələrin inkişafından məmnunluq
bildirildi, ölkələrimiz arasında
münasibətlərin genişləndirilməsində
parlamentlərin rolunun əhəmiyyəti
vurğulandı. Bildirildi ki,
dərin tarixi və mədəni əlaqələrə
malik olan Azərbaycan
ilə Tacikistan dost və
tərəfdaş ölkələrdir. Vurğulandı ki, ölkələrimizin daha
da yaxınlaşmasında ümummilli
lider Heydər Əliyevin böyük
xidmətləri olub. Bu
gün Azərbaycan və Tacikistan
prezidentlərinin imzaladığı Birgə Bəyannamənin
əməkdaşlığın daha da dərinləşdirilməsinə böyük töhfə verəcəyi ifadə
edildi.
Azərbaycan.
- 2014.- 17 oktyabr.- S. 5.