Mükafatlar təhsil
işçilərinə təqdim olunub
Xəbər verildiyi kimi, Azərbaycan
Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən,
Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə
görə 60 nəfər təhsil işçisi “Tərəqqi”
medalı ilə təltif edilib, 60 nəfərə “Əməkdar
Müəllim”, 4 nəfərə isə “Əməkdar Bədən
Tərbiyəsi və İdman Xadimi” fəxri adları verilib.
AzərTAc xəbər verir ki, oktyabrın 16-da Təhsil Nazirliyində təşkil olunan tədbirdə mükafatlar sahiblərinə təqdim olunub.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov mükafata layiq görülmüş təhsil işçilərini
təbrik edib, onlara yeni nailiyyətlər arzulayıb.
Azərbaycan.
- 2014.- 17 oktyabr.- S.7.