Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Naftalan Hotel by Rixosotelinin yeni korpusunda yaradılan şəraitlə tanış oldular

 

Azərbaycan Prezidenti İlham Əliyevin Naftalan şəhərinə,

Goranboy rayonuna və Gəncə şəhərinə səfəri

 

 

Məlumat verildi ki, 2013-cü ilin aprelinədək “Qaşaltı” sanatoriyası adı altında fəaliyyət göstərən oteldə keçən il yenidənqurma işləri aparılıb. Sağlamlıq Mərkəzi Korpusunda Naftalan terapiyası ilə yanaşı, SPA terapiya, fizioterapiyareabilitasiya, o cümlədən fitnes bölmələri fəaliyyət göstərir. Oteldə su prosedurları korpusu da yaradılıb. Yaxın gələcəkdə burada müasir rentgen, ultrasəs müayinəsi, stomatologiya, urologiya, kardiologiya, laboratoriya, hərəkət orqanları və dəri xəstəlikləri şöbələri fəaliyyət göstərəcək.

 

Azərbaycan.-2014.- 19 oktyabr.- S.2.