Goranboyda ümummilli
lider Heydər Əliyevin abidəsini ziyarət
Azərbaycan Prezidenti İlham
Əliyevin Naftalan şəhərinə,
Goranboy rayonuna və Gəncə
şəhərinə səfəri
Oktyabrın
18-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və xanımı Mehriban Əliyeva Goranboy rayonuna səfərə
gəliblər.
Dövlətimizin
başçısı və xanımı əvvəlcə
xalqımızın ümummilli lideri Heydər Əliyevin
Goranboy rayonunun mərkəzindəki abidəsini ziyarət edərək
önünə gül dəstəsi qoydular.
Goranboy
Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin
Quliyev son vaxtlar rayonda görülən işlər və Ulu
Öndərin yeni ucaldılan abidəsinin ətrafında
aparılan geniş abadlıq tədbirləri barədə
Prezident İlham Əliyevə məlumat verdi.
Bildirildi ki,
ümummilli lider Heydər
Əliyevin adını daşıyan parkda
aparılan abadlıq-quruculuq işləri nəticəsində
burada əhalinin istirahəti üçün hər cür
şərait yaradılıb. Geniş
yaşıllıq zolaqlarının salındığı parkda orijinal memarlıq quruluşuna malik Heydər
Əliyev Mərkəzi inşa edilib.
Azərbaycan.-2014.- 19 oktyabr.- S.2.