Ali qonağın şərəfinə
Oktyabrın 16-da Tacikistan
Respublikasının Prezidenti Emoməli Rəhmon tərəfindən
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
şərəfinə rəsmi ziyafət verilib.
Dövlət başçıları ziyafətdə çıxış ediblər.
Tacikistan Prezidenti
Emoməli RƏHMON dedi:
-Əziz dostlar!
Xanımlar və cənablar!
Mənim dostum, Azərbaycan Respublikasının Prezidenti
möhtərəm İlham
Heydər oğlu Əliyevi və qardaş Azərbaycanın
nüfuzlu nümayəndə
heyətini bir daha salamlamaqdan çox məmnunam.
Hörmətli İlham Heydər oğlunun səfəri çərçivəsində biz məzmunlu və konstruktiv söhbət etdik. Bu söhbətin gedişində qarşılıqlı
əlaqələrimizi daha
yüksək səviyyəyə
çatdırmaq yollarını
araşdırdıq. Azərbaycan Respublikası
bizim dövlətimizin
beynəlxalq əlaqələrinin
strukturunda mühüm
yer tutur. Ölkələrimizin beynəlxalq və
regional xarakterli bir sıra məsələlərə
dair mövqelərinin
üst-üstə düşməsi,
beynəlxalq və
regional təşkilatlarda həm
Azərbaycanın, həm
də Tacikistanın konseptual yanaşmaları Tacikistan-Azərbaycan münasibətlərinin
daha dinamik və ardıcıl inkişafına şərait
yaradır.
Tacikistan-Azərbaycan münasibətlərinin ən
yeni tarixi ölkələrimizin seçdiyi,
xoş niyyətlərə
və faydalı tərəfdaşlıq prinsiplərinə
əsaslanan uzunmüddətli
və səmərəli
qarşılıqlı fəaliyyət
xəttinin düzgün
olmasını sübut
edib. Bu gün biz bir sıra mühüm
sənədlər imzalamaqla
mövcud müqavilə-hüquq
bazasını möhkəmlətdik
və beləliklə,
daha sıx əməkdaşlıq əzmində
və qətiyyətində
olduğumuzu bir daha ifadə etdik. Mən, həmçinin ümidvar
olduğumu bildirmək
istəyirəm ki, biz
öz mədəni-tarixi
köklərimizə söykənməklə,
birgə səylərimizlə
dost xalqlarımızın rifahı
naminə nəzərdə
tutulan hədəflərə,
qarşılıqlı faydalı
əməkdaşlığa nail ola biləcəyik.
X X
X
Azərbaycan Prezidenti
İlham ƏLİYEV dedi:
-Hörmətli Emoməli Şərifoviç!
Hörmətli dostlar!
Mənim rəsmi səfərim sona yaxınlaşır. Hörmətli Emoməli Şərifoviç,
qonaqpərvərliyə görə
Sizə bir daha təşəkkürümü
bildirmək istərdim.
Sizin gözəl torpağınıza
qədəm qoyduğumuz
ilk andan biz özümüzü
evimizdə olduğu kimi hiss edirik. Bugünkü gün çox
zəngin və məhsuldar oldu. Siz qeyd etdiyiniz kimi, biz Sizinlə birlikdə münasibətlərimizin
geniş gündəliyini
müzakirə etdik.
Ətrafımızda baş verən
hadisələri çox
obyektiv təhlil etdik, qarşılıqlı
maraq doğuran bir sıra məsələlərə
dair olduqca səmimi fikir mübadiləsi apardıq.
İşimizin başlıca nəticəsi
ondan ibarətdir ki, biz münasibətlərimizin
konkret inkişaf yollarını müəyyən
etdik. Bizim çox gözəl
siyasi münasibətlərimiz
var, beynəlxalq qurumlarda fəal əməkdaşlıq edirik,
bütün prinsipial məsələlərdə bir-birimizi
dəstəkləyirik. Bununla bərabər, əlbəttə,
iqtisadi sahədə də işləri fəallaşdırmalıyıq və hökumətlərarası
komissiyanın işi çərçivəsində qəbul edilmiş qərarlar tezliklə öz müsbət nəticəsini verəcək.
Bizim əməkdaşlığımız xalqlarımızın ümumi
tarixinə, çoxəsrlik
dostluğuna söykənir. Bu gün
bizim ölkələrimiz
iki müstəqil dövlətdir, beynəlxalq
birliyin fəal üzvləridir, öz müstəqil siyasəti,
xarici siyasəti olan, regional təhlükəsizliyin
möhkəmlənməsi üçün
fəal iş aparan ölkələrdir.
Düşünürəm ki, Mərkəzi
Asiya, Xəzər, Qafqaz regionları arasında əməkdaşlıq
da çox cəhətdən bizim ölkələrin qarşılıqlı
fəaliyyətindən, səylərimizin
sıx əlaqələndirilməsindən
asılı olacaq.
Çünki bizim hamımızın
bir məqsədi var – insanlarımızın,
vətəndaşlarımızın həyatını daha da yaxşılaşdırmaq,
ölkələrimizin müstəqilliyini,
beynəlxalq mövqelərini
möhkəmləndirmək.
Biz beynəlxalq
həyatın mühüm
məsələlərini çox
səmimi şəraitdə
müzakirə etdik, baxışlarımız üst-üstə
düşür. Biz konstruktiv
əməkdaşlığa istiqamətlənmişik. Biz
əməkdaşlıq, dialoq,
qarşılıqlı kömək
yolu ilə daha çox nailiyyətlər qazana bilərik. İkitərəfli münasibətlərimizdə həll edilməmiş heç bir məsələ yoxdur.
Əksinə, yeni layihələrə
qoşulmaq, müxtəlif
sahələrdə səylərimizi,
potensialımızı birləşdirmək
istəyi var.
Humanitar əməkdaşlıq bizim
münasibətlərin əsasını
təşkil edir. Mən bu
gün Tacikistan Milli Universitetində tələbələrə, professor-müəllim heyətinə
müraciət edəndə
də humanitar əməkdaşlığın vacib olmasından danışdım. Bizim bu istiqamətdə böyük
potensialımız var. Eyni
zamanda, biz çalışırıq
ki, ölkələrimizin
gənc nəsli də bizim kimi
möhkəm dostluq etsin.
Əminəm ki, nümayəndə heyətinin üzvləri və nazirlər də prezidentlərdən,
bizim bir-birimizə münasibətimizdən, bir-birimizə
hörmətimiz və
dostluğumuzdan nümunə
götürəcəklər. Emoməli Şərifoviç
ilə bütün beynəlxalq tədbirlərdə
görüşlərimiz müntəzəm
xarakter daşıyır.
Bu il bir
neçə dəfə
görüşmüşük. Hər dəfə görüşəndə
həmişə bir-birimizə
qardaşlar kimi müraciət edirik.
Bu isə münasibətlərimizə,
həmçinin öz
iş yerində - istər hökumətdə,
istər parlamentdə,
istərsə də ictimai strukturlarda mühüm məsələləri
həll edənlərin
hamısına çox
yaxşı impuls verir.
Mən səfərin nəticələrindən çox məmnunam. İmzalanmış Bəyannamə münasibətlərimizin gələcək inkişafını müəyyən edəcək çox mühüm siyasi sənəddir. Başqa sənədlər də çox vacibdir. Biz gələcəyə nikbin baxırıq.
Hörmətli Prezident Emoməli Şərifoviç,
fürsətdən istifadə edərək, Sizin
üçün münasib
olan istənilən vaxtda
Sizi Azərbaycana səfərə dəvət
etmək istərdim.
Azərbaycan.
- 2014.- 18 oktyabr.- S. 1.