Daşkəsəndə
yeni avtovağzal kompleksi istifadəyə verilib
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və xanımı Mehriban
Əliyeva oktyabrın 17-də Daşkəsəndə yeni
avtovağzal kompleksinin açılışında iştirak
ediblər.
Azərbaycan Prezidentinin yürütdüyü siyasətin mühüm hədəflərindən biri də ölkəmizin hər yerində yol-nəqliyyat sisteminin müasirləşdirilməsidir. Bu sırada yeni yaradılan avtovağzalların da xüsusi rolu var. Yeni və müasir səviyyədə inşa edilən bu nəqliyyat obyektlərinin sırasına daha biri əlavə olunub. Daşkəsəndə tikilən yeni avtovağzal ən müasir tələblər səviyyəsindədir.
Prezident İlham Əliyev avtovağzalın rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısına məlumat verildi ki, müasir memarlıq üslubunda inşa olunan avtovağzalın tikinti sahəsi 500 kvadratmetrdir. Ərazisi bir hektara yaxın olan avtovağzal kompleksinin tikintisinə 2013-cü ilin martında başlanılıb və bu ilin oktyabrında başa çatdırılıb.
Qeyd olundu ki, binada sərnişinlərin istirahəti üçün lazımi şərait yaradılıb. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə nəqliyyat sisteminin inkişafı naminə çoxşaxəli fəaliyyətlərini əks etdirən fotoguşələr yaradılıb.
Avtovağzalın gözləmə
salonunda hər cür
imkanlar mövcuddur. Burada ana və uşaq
otağı da var. Kompleksdə sərnişinlərin
əşyalarının saxlanması
üçün kameralar
yaradılıb. Dispetçer otağı da
yüksək səviyyədə
xidmət üçün
müvafiq şəraitə
malikdir.
Daşkəsəndə son illər görülən
işlər buraya turistlərin axınını
sürətləndirib. Yeni avtovağzalın
inşası isə rayona gələn turistlərin də rahatlığını təmin
edəcək.
Dövlətimizin
başçısı müvafiq
tövsiyə və tapşırıqlarını verdi.
Azərbaycan.
- 2014.- 18 oktyabr.- S. 2.