Gəncə Dövlət
Dram Teatrının yeni binasının təməli qoyulub
Azərbaycan Prezidenti İlham
Əliyevin Naftalan şəhərinə,
Goranboy rayonuna və Gəncə
şəhərinə səfəri
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyeva oktyabrın 18-də Gəncə
Dövlət Dram Teatrının yeni binasının təməlqoyma
mərasimində iştirak ediblər.
Məlumat
verildi ki, Gəncə Dövlət Dram Teatrının yeni
binası Gəncə çayının sağ sahilində,
Əhməd Cəmil və Mirzə Abbas Abbaszadə
küçələrinin kəsişməsində, Məhsəti
Gəncəvi Mərkəzinin qarşısında tikiləcək.
Prezident İlham Əliyev bu ilin yanvarında Gəncə şəhərinə
səfəri zamanı bir sıra mədəniyyət
ocaqlarının açılışını etməklə
yanaşı, Dövlət Dram Teatrı binasının
tikintisi üçün də göstəriş vermişdi.
Dövlətimizin
başçısının Sərəncamı ilə
teatrın yeni binasının tikintisinə ilkin mərhələdə
3 milyon manat vəsait ayrılıb.
Yeni
binanın inşası üçün bir hektar torpaq sahəsi
ayrılıb. Ümumi sahəsi 13 min kvadratmetr olacaq Gəncə
Dövlət Dram Teatrının binası müasir standartlara
cavab verəcək. Binanın tamaşaçı zalı 520 nəfər
üçün nəzərdə tutulub. Burada 150 yerlik
yeraltı avtomobil dayanacağı, restoran, çayxana, kafe və
digər iaşə obyektləri fəaliyyət göstərəcək.
Prezident
İlham Əliyev Gəncə Dövlət Dram
Teatrının yeni binasının təməlini qoydu.
Dövlətimizin
başçısına ətrafda aparılan
abadlıq-quruculuq işləri barədə də məlumat
verildi.
AzərTAc
Azərbaycan.-2014.- 19 oktyabr.- S.6.