Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli
564 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınar əmlakın rəsmi
reyestrləri, onların tərtib edilməsi və
aparılması Qaydaları»nda dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 4, maddə 326; 2008, ¹ 6, maddə 495, ¹ 11, maddələr 969, 980; 2013, ¹ 6, maddə 656) ilə təsdiq edilmiş "Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları"na aşağıdakı məzmunda 3.5-ci bənd əlavə edilsin:
"3.5. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi reyestrlərin elektron məlumatlarından real vaxt rejimində istifadə edir.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 oktyabr
2014-cü il
Azərbaycan.
- 2014.- 18 oktyabr.- S. 3.