Azərbaycan
Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli
276 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Dövlət
Miqrasiya Xidmətinin vahid
miqrasiya məlumat sistemi
haqqında Əsasnamə»də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 6, maddə 491; 2011, ¹ 11, maddə 995; 2013, ¹ 9, maddə 1048; Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 280 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə"yə aşağıdakı məzmunda 12-1-ci hissə əlavə edilsin:
"12-1. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi sistemin elektron məlumatlarından real vaxt rejimində istifadə edir.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 oktyabr
2014-cü il
Azərbaycan.
- 2014.- 18 oktyabr.- S.3.