Gəncədəki 4
nömrəli tam orta məktəbin yeni korpusu
açılıb
Azərbaycan Prezidenti İlham
Əliyevin Naftalan şəhərinə,
Goranboy rayonuna və Gəncə
şəhərinə səfəri
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyeva oktyabrın 18-də Gəncə
şəhərində 4 nömrəli tam orta məktəbin
yeni korpusunun açılışında iştirak ediblər.
Zəngin
təbii sərvətləri ilə dünyanın diqqətində
olan Azərbaycan bu sərvətlərdən səmərəli
istifadə ilə insan kapitalının daha da inkişaf
etdirilməsini başlıca hədəf seçib. Prezident
İlham Əliyevin təhsilin inkişafına göstərdiyi
diqqət və qayğı təsdiqləyir ki, bu
mühüm amil son dövrlərdə dövlət siyasətinin
mühüm prinsipləri sırasına daxil edilib. Dövlətimizin
başçısının təhsilin inkişafına
göstərdiyi diqqət və qayğının nəticəsində
son illərdə heç bir dövrdə olmayan qədər məktəb
binası tikilib, təhsil müəssisələri
üçün yeni korpuslar inşa olunub. Bu proses təkcə
paytaxtla məhdudlaşmayıb, bölgələri də əhatə
edib.
Məktəblərin
maddi-texniki bazasının gücləndirilməsi istiqamətində
də mühüm işlər görülüb. Heydər
Əliyev Fondu da dövlət səviyyəsində həyata
keçirilən bu fəaliyyət proqramına güclü dəstək
verib. Bölgələrdə yüksək şəraiti ilə
seçilən, müasir təlim avadanlıqları ilə
diqqət çəkən bu təhsil ocaqlarından biri də
Gəncə şəhərindəki 4 nömrəli tam orta məktəbdir.
Təhsil ocağının yeni korpusunda təlim-tədrisin
yüksək səviyyədə aparılması
üçün hər cür şərait yaradılıb.
Prezident
İlham Əliyev yeni korpusun rəmzi
açılışını bildirən lenti kəsdi.
Dövlətimizin
başçısına və xanımına məktəbdə
görülən işlərlə bağlı məlumat
verildi. Məktəb 1936-cı ildən fəaliyyət göstərir.
2012-ci ildə məktəbin 930 şagird yerlik binası əsaslı
təmir edilib. Bu təhsil ocağının 960 şagird
yerlik yeni korpusu Prezident İlham Əliyevin
tapşırıqlarına uyğun olaraq cari ildə inşa
edilib. Burada 48 sinif, 4 kabinet-laboratoriya, 3 informasiya–kompyuter
otağı, müəllim və şagirdlər
üçün bufet, tibb otağı fəaliyyət göstərir.
İdman zalında mini futbol, basketbol, voleybol
yarışları keçirmək mümkündür. Bu təhsil
ocağında müasir havalandırma və
işıqlandırma sistemləri qurulub, həyətyanı ərazidə
abadlıq və yaşıllaşdırma işləri
görülüb.
Bildirildi
ki, yeni tədris ilində məktəbdə 2150-dən
çox şagird təhsil alacaq.
AzərTAc
Azərbaycan.-2014.- 19 oktyabr.- S.7.