Heydər Əliyev Parkı ilə tanışlıq

 

Azərbaycan Prezidenti İlham Əliyevin Naftalan şəhərinə,

 Goranboy rayonuna və Gəncə şəhərinə səfəri

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 18-də Gəncə şəhərindəki Heydər Əliyev Parkında olublar.

Məlumat verildi ki, orijinal layihə əsasında salınan, möhtəşəmliyi və əzəməti ilə seçilən parkın girəcəyindəki “Zəfər tağı”nın açıq seyrəngahından şəhərin və Heydər Əliyev Parkının mənzərəsini seyr etmək mümkündür. Göz oxşayan xiyabanda geniş yaşıllaşdırma işləri həyata keçirilib və istirahət üçün hər cür şərait yaradılıb. Parkda yaradılan süni gölorijinal şəlalə bu məkana xüsusi gözəllik verir. Bundan başqa, park kompleksində müxtəlif iaşə obyektləri, əyləncə mərkəzləri, istirahət guşələri var.

Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə burada Gəncənin rəmzi sayılan çinar ağacları əkib. İndi həmin ağaclar parka xüsusi gözəllik verir.

Dövlətimizin başçısı və xanımı elektromobillə parkın ərazisini gəzdilər.

 

AzerTAc

Azərbaycan.-2014.- 19 oktyabr.- S.8.