Yüksəlişin və inkişafın təminatçısı

 

Cənab İlham Əliyevin ücüncü müddətdə prezidentlik

 fəaliyyətinə başlamasının bir ili tamam olur

 

Dövlət müstəqilliyinin üçüncü onilliyini yaşayan Azərbaycanın inkişafını, yüksəlişini, beynəlxalq arealda qazandığı nüfuzu qiymətləndirərkən ulu öndər  Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı əvəzsiz xidmətləri hər birimizin gözü önündə canlanır. Ulu öndərin gördüyü böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsidir ki, bu gün xalqımız  demokratikhüquqi dövlətdə yaşamaq imkanını əldə etmiş, xoşbəxt gələcəyi üçün bütün təminatları yaratmışdır. Azərbaycanın indiki sürətli yüksəlişinin təməlində məhz Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası dayanır. Dahi şəxsiyyət yalnız Azərbaycanın davamlı inkişaf strategiyasının möhkəm təməlini qoymaqla kifayətlənməmiş, bu strateji kursu davam etdirməyə qadir  istedadlı, praqmatikrasional təfəkkürlü, xalqını, dövlətini sevən, yüksək idarəçilik keyfiyyətlərinə malik siyasi davamçı və lider yetişdirib.

Ölkəmizin strateji inkişaf kursunu yeni dövrün tələblərinə uyğun şəkildə, yüksək dinamizmlə həyata keçirən Prezident İlham Əliyev fəaliyyəti və verdiyi vədləri əməli işi ilə doğrultmaqla ulu öndər Heydər Əliyevin ən layiqli siyasi davamçısı olduğunu sübuta yetirib, milli ideyalara sadiqliyin mükəmməl nümunəsini yaradıb. Yüksək siyasi iradəsi, qətiyyəti, məqsədə doğru inamla irəliləməsi, praqmatizmi, təvazökarlığı və sadəliyi, ən əsası Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olması cənab Prezidentə xalqın böyük rəğbətini qazandırıb.

Azərbaycan xalqı ilk dəfə 2003-cü ildə cənab İlham Əliyevə səs verməklə Heydər Əliyev siyasi kursunun davamına, Azərbaycanın dünya birliyində özünə layiqli yer tutaraq söz sahibinə çevrilməsinə, Qafqazdakı lider rolunun möhkəmlənməsinə, enerji və nəqliyyat təhlükəsizliyinin davamlılığına, ərzaq təhlükəsizliyinin təmin olunmasına, güclümüasir ordu quruculuğuna, ölkə vətəndaşlarının xoşbəxt və firavan yaşayışının etibarlı şəkildə təmin edilməsinə dəstək verdi. Müstəqil Azərbaycanın çağdaş tarixinə əlamətdar hadisə kimi daxil olaraq bütün həyati əhəmiyyətli sahələrdə dinamik inkişafa yol açan 2008-ci ilin prezident seçkiləri də nəticə etibarilə cəmiyyətin bütün təbəqələrinin mənafelərini özündə ehtiva etdi, həmçinin Heydər Əliyev siyasi kursunun davamlılığını və alternativsizliyini şərtləndirən amillərin sosial sifarişə əsaslandığını tam sübuta yetirdi. Seçkilərdə xalqın böyük etimadını qazanaraq dövlət başçısı seçilmiş cənab İlham Əliyevin 10 illik fəaliyyəti bu baxımdan mövcud siyasi strategiyanın varisliyinin təmin olunmasında yeni bir mərhələnin başlanğıcı kimi tarixə düşdü. Prezident İlham Əliyev verdiyi bütün vədlərə sadiq qalaraq həm birinci prezidentliyi dövrlərində Azərbaycanı bütün sahələrdə inkişaf etdirdi və həmin onillik tariximizin qızıl dövrü kimi yaddaşlara həkk olundu.

2003-2013-cü illərin reallıqları deməyə əsas verir ki, Prezident İlham Əliyev hər bir mərhələdə hökumətin qarşısında hansı əsas problemlərin, prioritet vəzifələrin durduğunu aydın təsəvvür edir və onların həlli üçün konkret planlara, proqramlara, mobil, peşəkar, yüksək iş qabiliyyətli komandaya malikdir. "Əsl siyasət konkret, real görməkdən ibarətdir" tezisini irəli sürmüş Azərbaycan Prezidenti bu siyasəti hər bir ölkə vətəndaşının həyatında gerçəkliyə çevirmək üçün ciddi siyasi iradə, qətiyyət və əzmkarlıq nümayiş etdirib. Praqmatizm, səmimilik və qətiyyətlilik, məqsədyönlülük, mütərəqqi islahatlara meyillilik, öz siyasətini reallaşdırarkən hər bir fərdin, qrupun, ümumilikdə toplumun maraqlarını nəzərə almaq qabiliyyəti kimi mühüm keyfiyyətlər Prezident İlham Əliyevin fenomen siyasi lider obrazını şərtləndirən əsas elementlər sırasında xüsusi vurğulanmalıdır. Azərbaycan Prezidentinin ötən dövr ərzində vahid sistem halına saldığı milli inkişaf modeli həm də onun yüksək idarəçilik qabiliyyətinin və mükəmməl təcrübəsinin əyani təzahürü kimi diqqəti çəkir.

Monolit, işlək, çevik komandaya malik Prezident İlham Əliyev yeni mərhələdə qarşıda duran əsas vəzifələri düzgün müəyyənləşdirərək ilk növbədə milli iqtisadiyyatda kəmiyyət dəyişikliklərinin keyfiyyət müstəvisinə keçirilməsini təmin etdi. Bunun üçün dövlət başçısı ulu öndər Heydər Əliyevin başladığı yeni neft strategiyasını uğurla davam etdirdi. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin inşasının başa çatdırılması ilə Prezident İlham Əliyev Azərbaycanın bölgədəki lider mövqeyini daha da möhkəmləndirdi. Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin çəkilişinin başlanması isə regionun lider dövləti olan Azərbaycanın xarici maddi və mənəvi dəstək olmadan belə iri maliyyə tutumlu layihələrin reallaşdırılmasına qadir olduğunu göstərdi. Respublikamız 2009-cu ildə MDB məkanında ilk dövlət olaraq iqtisadi sahədə keçid dövrünü başa vurdu. Respublikanın investisiyasosialyönümlü mahiyyət daşıyan milli inkişaf modeli tərəqqi prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların tarazlı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin edilməsi, yeni yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva etdi.

Prezident İlham Əliyevin əzmkarlıqla həyata keçirdiyi siyasət respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaratdığı kimi hər bir vətəndaşın həyatında da irəliləyişlərə səbəb olub. Uğurlu siyasət həm də Azərbaycanın beynəlxalq  imicini gücləndirib, ölkəmizin 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini, Azərbaycanın kosmik kluba daxil olmasını, beynəlxalq tədbirlər məkanına çevrilməsini təmin edib.

Bu gün isə cənab İlham Əliyevin üçüncü müddətə prezidentliyə başlamasının bir ili tamam olur. Öncə onu qeyd edək ki, 2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin möhtəşəm qələbəsi müdrik və qədirbilən xalqımızın siyasi iradəsinin növbəti dəfə təntənəsi olmaqla insanların öz taleyinə biganə qalmamasının, gələcək naminə dürüst seçim etməsinin - ən layiqli namizədə səs verməsinin əyani təsdiqi kimi tarixləşdi. Seçkilərin nəticəsi olaraq xalqımız uzun illərin sərt sınaqlarından çıxaraq yüksək etimad qazanmış siyasətin davamlığının təmin olunması, hər bir fərdin perspektiv mənafeyinə hesablanmış siyasi, hüquqi, sosial-iqtisadi, humanitar islahatların ardıcıl şəkildə davam etdirilməsi naminə ciddi siyasi iradə ortaya qoydu. Danılmaz reallıqdır ki, vətəndaşların ölkəyə layiqli rəhbər seçmək haqqı xalqın öz taleyinə sahib çıxmaq hüququnun təməlində dayanır. Xalqımız son seçkilərdə daxili inamına söykənərək Azərbaycanı əlahiddə inkişaf yoluna çıxarmış siyasətə səs verməklə ölkənin taleyinə biganə olmadığını göstərdi. Bu tarixi seçim həm də belə bir həqiqətin cəmiyyətdə obyektiv dərkidir ki, Azərbaycanın gələcək tərəqqisi, davamlı inkişafı məhz mövcud siyasi kursun davamlığının təminatından asılıdır.

Ümumiyyətlə, prezident seçkisi bütün parametrləri ilə Azərbaycanın siyasi tarixinə ən demokratik, şəffaf, ədalətli və azad seçkilər kimi düşdü. Seçkinin nəticələri nüfuzlu xarici siyasi dairələr, o cümlədən populyar xarici KİV-lər tərəfindən yüksək qiymətləndirildi. Rəylərdə, hesabatlarda, informasiyalarda, məqalələrdə seçkinin şəffaf keçirildiyi və ölkəmizin demokratiya yolu ilə inkişaf etdiyi qeyd olundu. Beynəlxalq müşahidəçilər keçirdikləri mətbuat konfranslarında yekdilliklə Azərbaycanın götürdüyü öhdəlikləri yerinə yetirməsini yüksək qiymətləndirərək respublikamızın dincsabit ölkə olduğunu, demokratiya yolu ilə uğurla irəlilədiyini, demokratik seçkilərin keçirilməsinə görə bir çox ölkələrə örnək olduğunu birmənalı şəkildə qeyd etdilər.

Ötən il oktyabrın 19-da Milli Məclisin inzibati binasında keçirilən andiçmə mərasimində Azərbaycan xalqına dərin minnətdarlığını ifadə edən Prezident İlham Əliyev bundan sonra da ölkəmizin hərtərəfli inkişafı, insanların rifahı üçün əlindən gələni əsirgəməyəcəyini, doğma xalqımıza sədaqətlə xidmət edəcəyini bildirdi. 10 ilin yekunlarına nəzər salan hər bir sahə üzrə - daxilixarici siyasətdə, iqtisadiyyatın inkişafı və sənayeləşmə istiqamətində, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, karbohidrogen ehtiyatların hasilatı və ixracı sahəsində həyata keçirilən işləri, o cümlədən Dağlıq Qarabağ probleminin həlli ilə bağlı aparılan danışıqları dərin siyasi erudisiya ilə təhlil edən Prezident İlham Əliyev dedi: "Bizim siyasətimiz milli maraqlar üzərində qurulub. Bizim siyasətimiz müstəqilliyin möhkəmlənməsinə istiqamətləndirilibdir. Bu gün Azərbaycan müstəqil dövlət kimi dünya miqyasında özünə layiq yerini tuta bilibdir. Azərbaycan daha da güclü ölkə olmalıdır. Biz qüdrətli Azərbaycan dövləti qururuq və əminəm ki, quracağıq. Bütün hədəflərə çatmaq üçün bizim müstəqil siyasətimiz davam etməlidir. Xalq bu siyasəti dəstəkləyir. Xalq bu siyasətə öz səsini vermişdir. Xalqın inamı və mənə on ildən sonra yenidən böyük etimad göstərməsi, əlbəttə ki, məni həm ruhlandırır, həm məsuliyyətimi artırır, həm də yeni təşəbbüslərin irəli sürülməsi üçün mənə bir siqnal verir".

Andiçmə mərasimində ötən 10 ilin yekunlarına nəzər salan Prezident İlham Əliyev hər bir sahə üzrə - daxilixarici siyasətdə, iqtisadiyyatın inkişafı və sənayeləşmə istiqamətində, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, karbohidrogen ehtiyatların hasilatı və ixacı sahəsində həyata keçirilən işləri, o cümlədən Dağlıq Qarabağ probleminin həlli ilə bağlı aparılan danışıqları dərin siyasi erudisiya ilə təhlil etdi, növbəti dövrlə bağlı dövlətin sosial-iqtisadi siyasətinin gələcək addımlarını, enerji siyasətinin, ordu quruculuğunun hədəflərini bəyan etdi, diplomatiyanın qarşısında vəzifələri diqqətə çatdırdı.

Özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən Azərbaycanın qarşıdakı hədəfləri bəllidir. Bunlar əldə olunmuş iqtisadi nəticələrin çoxaldılması və genişləndirilməsidir. Bu mənada hazırkı mərhələdə qarşıda duran əsas vəzifə iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, neft gəlirlərinin səviyyəsindən asılı olmayaraq qeyri-neft sektorunun yüksək inkişaf tempini gələcək illərdə də qoruyub saxlamaqonun ixrac və rəqabət imkanlarını genişləndirməkdir.

Prezident İlham Əliyevin andiçmə mərasimində qeyd etdiyi kimi, Azərbaycanda bundan sonra da iqtisadi islahatlar həyata keçiriləcək, sosial siyasət prioritet olaraq qalacaq, investisiya qoyuluşu davam edəcək, daxili istehsalçılara daha da əlverişli şərait yaradılacaq. Ötən 10 ildə qazanılmış uğurların ölkə iqtisadiyyatının daha da güclənməsinə, onun çoxşaxəli inkişafına və keyfiyyət baxımından təkmilləşdirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, qeyri-neft sektorunun və regionların sürətli inkişafının təmin edilməsinə, yeni müəssisələrin və yerlərinin açılmasına, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, biznesinvestisiya mühitinin daha da yaxşılaşdırılmasına təkan verəcəyi şübhəsizdir. Təbii ki, bu vəzifələri yerinə yetirmək üçün ölkənin bütün imkanlarından dolğun istifadə etmək, mövcud iqtisadi, sosial, siyasi resurslardan tam səmərə ilə yararlanmaq bu mərhələdə əsas məsələlər olacaq.

Cənab İlham Əliyevin üçüncü müddətə prezidentlik fəaliyyətinin birinci ilinin yekunlarına nəzər salsaq hər bir sahə üzrə zəngin uğurların qazanıldığını görərik. Qazanılan hər bir nailiyyət Azərbaycanın beynəlxalq imicinə müsbət təsir edib, dünya birliyində yerini möhkəmləndirib, nüfuzunu artırıb. Bu dövrün mühüm nailiyyətlərindən biri ötən ilin sonlarında Bakıda "Şahdəniz" yatağının işlənilməsinin ikinci mərhələsinə dair yekun investisiya qərarının imzalanması və bu ilin sentyabrında "Cənub" qaz dəhlizinin təməlinin qoyulmasıdır. Hər biri Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan bu möhtəşəm hadisələr ulu öndər Heydər Əliyevin müəllifi olduğu enerji strategiyasının təntənəsi, Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. 

Azərbaycanın inkişafının beynəlxalq səviyyədə etirafı kimi dəyərləndirilən digər mühüm uğur Dünya İqtisadi Forumunun "Qlobal Rəqabətlilik Hesabatı 2014-2015" hesabatına əsasən ölkəmizin bir pillə də irəliləməsi və rəqabətlilik reytinqinə görə 144 dövlət arasında 38-ci yerdə qərar tutmasıdır. Hesabata əsasən, ölkəmiz İtaliya, Polşa, Rumıniya, Türkiyə kimi ölkələri qabaqlayıb.

Azərbaycanın beynəlxalq səviyyəli digər uğuru Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməsidir. Beləliklə, BMT Təhlükəsizlik Şurasına iki illik üzvlükdən sonra Azərbaycan diplomatiyasının tarixinə daha bir uğurlu səhifə yazılıb. 2001-ci ilin yanvarından Avropa Şurasının üzvü olan Azərbaycan ilk dəfə bu qurumun Nazirlər Komitəsinə sədrlik edir. Bu, ötən illərdə Avropa ailəsinin üzvü olmaq istiqamətində uğurlu addımlar atan, dünyada nüfuzu gündən-günə artan, demokratik imicini daha da möhkəmləndirən, ümumavropa dəyərləri xəzinəsinə mühüm töhfələr verən Azərbaycan üçün əlamətdar hadisədir.

Bu ilin 9 ayının sosial-iqtisadi uğurları da Prezident İlham Əliyevin ötən bir ildəki fəaliyyətinin yekunlarıdır. Bu dövrdə ümumi daxili məhsulun 2,5 faiz, qeyri-neft sektorunun 6 faiz artması, iqtisadiyyata 19 milyard dollar sərmayə qoyulması, valyuta ehtiyatlarımızın 53 milyard dolları ötməsi, yüz mindən çox yeni yerinin açılması Prezident İlham Əliyevin andiçmə mərasimində elan etdiyi hədəflərə doğru atılan inamlı addımların göstəricisidir.

Bütün bunlara görə qətiyyətlə deyə bilərik ki, Prezident İlham Əliyev çox qısa müddətdə Azərbaycanın inkişafına, beynəlxalq nüfuzunun yüksəlməsinə nail olmaqla ölkəmizin ən yeni tarixinə qızıl hərflərlə yazılan uğurların müəllifidir. Prezident İlham Əliyevin timsalında hər bir Azərbaycan vətəndaşı, hər bir seçici ölkənin tərəqqisinin simvolunu görür, bu böyük şəxsiyyəti inkişafın təminatçısı kimi  dəstəkləyir. Fəaliyyəti ilə ölkə cəmiyyətindən daim dəstək alan, ənənə ilə novatorluğun, keçmişlə gələcəyin üzvi vəhdətinə nail olan, müasir qloballaşma dövründə istənilən məsələ üzrə Azərbaycanın milli maraqlarının sadiq təminatçısı kimi çıxış edən Prezident İlham Əliyev ulu öndərin layiqli davamçısı olaraq beynəlxalq miqyasda da ölkəmizin yeganə və alternativsiz lideri kimi qəbul edilir.

 

Natiq CAVADOV,

texnika elmləri doktoru, professor, Beynəlxalq və Azərbaycan

Mühəndislik Akademiyasının akademiki

Azərbaycan.-2014.- 19 oktyabr.- S.9.