Azərbaycandakı qonaqpərvərlik Humanitar Forumun iştirakçılarında dərin təəssüratlar yaradıb

 

Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları Azərbaycanı Cənubi Qafqaz regionunun aparıcı, iqtisadi cəhətdən inkişaf etmiş ölkəsi, eyni zamanda, Şərq ilə Qərb arasında ən vacib vasitəçilərdən biri kimi tanıdılar. Azərbaycandakı qonaqpərvərlik bu tədbirin iştirakçılarında dərin təəssüratlar yaratdı.

Bu fikirlər Qərbi Avropadan IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olmuş məruzəçilər və digər qonaqların tədbirin yüksək səviyyədə təşkilinə və aktual mövzuların müzakirə olunmasına görə Təşkilat Komitəsinə ünvanladıqları təşəkkür məktubunda öz əksini tapıb.

ForumunMultikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru” adlı “dəyirmi masa”sında iştirak etdiklərini bildirən məruzəçilər yüksək təşkilatçılığa görə minnətdarlıqlarını bildiriblər.

Məktubda bütün iştirakçıların Forumdan çox razı qaldıqları qeyd edilib, Azərbaycanın yeni dostlar qazandığı vurğulanıb. Həmçinin gələcəkdə əməkdaşlığın gücləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsi təklif edilib.

Məruzəçilər və digər qonaqlar adından məktubu Almaniyada fəaliyyət göstərən Oswald von Wolkenstein Cəmiyyətinin birinci prezidenti, professor Sieqlind Hartman imzalayıb.

 

Azərbaycan. - 2014.- 18 oktyabr.-  S.5.