Təhsil naziri Qusarda şimal bölgəsindən olan
vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə
uyğun olaraq, mərkəzi icra hakimiyyəti
orqanlarının rəhbərləri bölgələrdə
vətəndaşların qəbulunu keçirir, onların
müxtəlif məsələlərlə bağlı
müraciət, ərizə və şikayətlərinin
müsbət həll edilməsi üçün müvafiq tədbirlər
görürlər.
AzərTAc xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, oktyabrın 17-də təhsil naziri Mikayıl Cabbarov Qusar şəhərindəki Olimpiya İdman Kompleksində şimal bölgəsindən olan vətəndaşları qəbul edib.
Qəbulda Quba, Qusar, Xaçmaz, Şabran, Xızı və Siyəzən rayonlarından olan 50-dən çox vətəndaşın müraciəti dinlənilib.
Təhsil şöbələri müdirlərinin və nazirliyin digər tabeli qurumlarının rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşların müraciətləri əsasən işə qəbul, təhsil müəssisələrində buraxılış və qəbul imtahanları zamanı yaranan çətinliklər, diplomların tanınması, ixtisasın artırılması və ya dəyişdirilməsi ilə bağlı olub.
Müraciətlərin əksəriyyəti yerindəcə, operativ şəkildə həllini tapıb, bir sıra məsələlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
Bəzi vətəndaşların
nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətləri
isə müvafiq qurumlara
çatdırılmaq üçün
qeydə alınaraq, nəzarətə götürülüb.
Azərbaycan.
- 2014.- 18 oktyabr.- S.6.