Səhiyyə
naziri Salyanda 40-a
yaxın vətəndaşın müraciətinə baxıb
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə
uyğun olaraq bölgələrdə vətəndaşların
qəbulu qurum rəhbərləri tərəfindən davam
etdirilir.
AzərTAc xəbər verir ki, şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq səhiyyə naziri Oqtay Şirəliyev oktyabrın 17-də Salyan şəhərində vətəndaşları qəbul edib.
Salyan Rayon
Mərkəzi Xəstəxanasında gün
ərzində aparılan səyyar qəbulda nazir
Salyan, Neftçala,
Biləsuvar, Cəbrayıl və Cəlilabaddan olan 40-a yaxın vətəndaşın
müraciətinə baxıb. Əsasən sağlamlıq
problemləri, həkimlərin xarici
ölkələrdə təkmilləşdirilməsi,
işlə təminat və s. məsələlərlə
bağlı olan müraciətlərin əksəriyyəti
elə yerindəsə öz həllini tapıb.
Nazirliyin səlahiyyətinə aid olmayan müraciətlər
isə aidiyyəti orqanlara göndərilməsi
üçün qeydiyyata
alınaraq nəzarətə götürülüb.
Azərbaycan.
- 2014.- 18 oktyabr.- S.6.