Mövcud potensialdan səmərəli istifadə hər sahədə uğura yol açır

 

İnkişaf yolunda uğurla addımlayan Azərbaycan üçün əsas xüsusiyyətlərdən biri qazanılan nailiyyətlərin miqyasının davamlı olaraq genişlənməsi, daha böyük nəticələrin əldə olunmasıdır. Ölkəmizdə davam edən inkişaf tendensiyasının uğurlu nəticələri Bakı şəhərinin aparıcı rayonlarından birinə çevrilmiş və 267 mindən çox paytaxt sakininin yaşadığı Xətai rayonunun sosial-iqtisadi inkişafında da özünü göstərir.

Oktyabrın 17-də Xətai Rayon İcra Hakimiyyətinin inzibati binasında 2014-cü ilin  ötən 9 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş hesabat yığıncağında bu barədə ətraflı söz açıldı. Yığıncaq iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin binanın foyesində qoyulmuş büstünün önünə gül dəstəsi qoyaraq xatirəsini yad etdilər.

Rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov bildirdi ki, Azərbaycanın sosial-iqtisadi inkişafı hər bir bölgədə olduğu kimi, Bakıda da yaxından hiss olunur. Paytaxtın tərəqqisində, təbii ki, Xətai rayonunun öz yeri və payı var. Bakıda geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri Xətaidə ildən-ilə artan templə davam edirbu rayon paytaxtın inkişaf mənzərəsinə layiqli töhfə verir. Rayonun sosial-iqtisadi həyatındakı sürətli inkişaf 2012-ci ilin ötən dövründə saxlanılıb, iqtisadisosial sahələrdə yeni nailiyyətlər qazanılıb.

Statistik rəqəmlər də 2014-cü ilin ötən dövründə Xətai rayonunda müsbət dəyişikliklərin baş verdiyini təsdiqləyir. İlin əvvəlindən indiyədək rayon iqtisadiyyatının əsasını təşkil edən sənaye dinamik inkişaf edib, 931 milyon manatlıq, keçən ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz çox sənaye məhsulu istehsal edilib. Xətai rayonunda bu ilin 9 ayında 3527 yeni yeri açılıb.

Rayonda aparılan abadlıq və yenidənqurma işlərinin həcmi də artıb. Bakı şəhər layihəsinin inşası sürətlə aparılıb, Boks Federasiyasının İdman Kompleksinin tikintisi davam etdirilib, fransız məktəbinin binasının tikintisi başa çatdırılıb. Nobel prospektində yeraltı keçidinXaqani Rüstəmov küçəsinin Babək prospekti ilə birləşdirilməsi məqsədilə yeni yolun tikintisinə başlanıb. Rayon icra hakimiyyətinin inzibati binasının əsaslı təmiri də icra olunan layihələr sırasındadır. Bir sıra inzibati binanın, o cümlədən rayon polis idarəsinin 35-ci polis bölməsinin, rayon mühafizə idarəsinin və 3 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin yeni inzibati binalarının tikintisi başa çatdırılıb, yaşayış binalarının fasadlarının təmiri davam etdirilib. "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən hesabat dövründə 5 saylı Bakı peşə liseyi, 64, 204, 245 və 257 saylı məktəblər əsaslı təmir olunaraq istifadəyə verilib. 3 saylı uşaq evində, 58 saylı tam orta məktəbdə əsaslı təmir işləri, 245 nömrəli tam orta məktəbin əlavə tədris korpusunun inşası davam etdirilir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov bildirdi ki, Xətai paytaxtın həm iqtisadi potensialı, həm də ərazisinin böyüklüyü baxımından ən böyük rayonlarından biri olduğundan hər zaman xüsusi diqqət mərkəzindədir. Rayonda hara getsən, hansı küçədən keçsən, dinamik inkişafın şahidi olmaq mümkündür. Mövcud potensialın səmərəli realizə edilməsi, rayonun malik olduğu əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin əzm və bacarıqla həyata keçirilməsi rayonun uğurlarını şərtləndirən başlıca məqamlar sırasındadır.

Yığıncaqda qeyd olundu ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icra edilməsi, sosial-iqtisadi uğurların davamlı olması və sakinlərin həyat tərzinin daha da yaxşılaşdırılması üçün Xətai rayonunun bütün təşkilatlarının kollektivləri bundan sonra da səylərini artıracaqlar.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan. - 2014.- 18 oktyabr.- S.7.