Riyad əl-Maliki: Regional sabitliyin təmini üçün münaqişələrin həlli
vacibdir
Azərbaycanda səfərdə
olan Fələstin Dövlətinin xarici işlər naziri
Riyad əl-Maliki oktyabrın 16-da ADA Universitetində Yaxın
Şərqdə təhlükəsizlik məsələsi ilə
bağlı çıxışında deyib ki, regional
sabitliyin təmini üçün münaqişələrin
həlli vacibdir.
AzərTAc xəbər verir ki, nazir
münaqişələrin həlli istiqamətində birgə
səylərin göstərilməsinin zəruriliyini qeyd edib.
Riyad əl-Maliki Azərbaycanın
BMT Təhlükəsizlik Şurasına üzv olduğu
dövrdə Yaxın Şərq probleminə, eləcə də
Fələstin məsələsinə xüsusi diqqət
göstərdiyini xatırladıb. O, rəsmi Bakının
beynəlxalq təşkilatlarda Fələstinə hər zaman
dəstək verdiyini vurğulayıb, buna görə minnətdarlığını
bildirib.
ADA Universitetinin rektoru Hafiz
Paşayev Riyad əl-Malikinin Bakıya səfərinin Azərbaycan-Fələstin
əlaqələrinin, xüsusilə sosial, humanitar sahələrdə
əməkdaşlığın gələcək
inkişafı baxımından önəmini vurğulayıb.
Azərbaycan.
- 2014.- 17 oktyabr.- S. 7.