YAP-ın Təhsil Nazirliyi üzrə ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib

 

Oktyabrın 16-da Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının Təhsil Nazirliyi üzrə ərazi ilk partiya təşkilatının hesabat-seçki iclası keçirilib. Hesabat-seçki iclasında təhsil nazirinin müavini Firudin QurbanovYeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev iştirak ediblər.

Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafı yolundakı müstəsna xidmətləri bütün sahələrdə özünü göstərir. Ümummilli liderin rəhbərliyi ilə yaradılmış partiya qısa zamanda xalqın inam və güvənc yerinə çevrildi, sabitliyin və tərəqqinin təminatçısı rolunda çıxış etdi. Digər sahələrdə çalışanlarla bərabər təhsil işçiləri də Yeni Azərbaycan Partiyasının fəaliyyətində yaxından iştirak edirümummili həmrəyliyə layiqli töhfələr verir.

İclasda Yeni Azərbaycan Partiyasına yeni üzvlərin qəbulu məsələsi müzakirə edilib.

Hesabat-seçki iclasında çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, "Azərbaycan-2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının müddəalarının icra olunmasında Təhsil Nazirliyinin üzərinə də mühüm vəzifələr düşür. Bütün bu məsələlər təhsil sahəsində çalışanların məsuliyyətini daha da artırır və nazirliyin fəaliyyətinin daha səmərəli təşkilinə yol açır.

Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Orucov Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının Təhsil Nazirliyi (Xətai-49) üzrə ərazi ilk partiya təşkilatının sədri seçilib.

Təhsil Nazirliyi  üzrə ərazi ilk təşkilatının hesabatı dinlənilib, idarə heyətinin və təftiş komissiyasının yeni tərkibi seçilib.

 

Azərbaycan. - 2014.- 17 oktyabr.-  S.7.