Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın

 Rosneftdövlət şirkətinin prezidentini qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də Rusiya Federasiyasının “Rosneft” Dövlət Neft Şirkətinin prezidenti İqor Seçini qəbul edib.

Görüşdə “Rosneft” və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən həm Azərbaycanda, həm də Rusiyada həyata keçirilən birgə layihələr barədə məlumat verildi, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər müzakirə edildi.

 

Azərbaycan.-2014.- 21 oktyabr.- S.1.