Nazirlər Kabinetində Azərbaycan-Albaniya
əlaqələri müzakirə edilib
Oktyabrın
20-də Azərbaycan Respublikasının Baş naziri Artur
Rasizadə ölkəmizdə səfərdə olan Albaniya
Respublikası parlamentinin sədri İlir Metanın
başçılıq etdiyi nümayəndə heyəti ilə
görüşüb.
AzərTAc
xəbər verir ki, görüşdə Azərbaycan ilə
Albaniya arasında siyasi əlaqələrin yüksək səviyyədə
olduğu bildirilib və bu sahədə münasibətlərin
inkişafından məmnunluq ifadə olunub.
Danışıqlar zamanı iqtisadi sahədə əməkdaşlığın
inkişaf etdirilməsinin vacibliyi önə çəkilib,
ticarət dövriyyəsinin artırılması
üçün səylərin gücləndirilməsinin zəruriliyi
qeyd olunub. Görüşdə Albaniyaya sərmayə
yatırımları, iqtisadi əlaqələrin genişləndirilməsi
yolları barədə fikir mübadiləsi aparılıb.
Albaniya
parlamentinin sədrinə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında da ətraflı
məlumat verilib.
Azərbaycan.-2014.- 21 oktyabr.- S.2.