Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva
İranın ailə və qadın məsələləri
üzrə vitse-prezidenti Şahindoxt
Movlaverdi ilə görüşüb
Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva oktyabrın 20-də
Bakıda keçirilən “İslam Əməkdaşlıq Təşkilatına
üzv dövlətlərin inkişafında qadınların
rolu” mövzusunda V Beynəlxalq konfransda iştirak edən
İran İslam Respublikasının ailə və qadın məsələləri
üzrə vitse-prezidenti Şahindoxt Movlaverdi ilə
görüşüb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva qonağı salamlayaraq “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda V Beynəlxalq konfransın uğurlu keçəcəyinə ümidvar olduğunu söylədi. Mehriban Əliyeva tədbirdə iştirak etdiyinə görə Şaxindoxt Movlaverdiyə minnətdarlığını bildirdi.
Hazırda Azərbaycan ilə İran arasındakı əməkdaşlığın müxtəlif sahələri əhatə etdiyini deyən Azərbaycanın birinci xanımı bu il ərzində hər iki ölkənin prezidentlərinin üç dəfə görüşdüyünü bildirdi, qarşılıqlı səfərlərin və görüşlərin əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verdiyini vurğuladı. Mehriban Əliyeva Bakıda keçirilən beynəlxalq konfransın qadın məsələlərinin həllində mühüm rolunu oynayacağına əminliyini ifadə etdi.
Şahindoxt Movlaverdi konfransa dəvətə görə təşəkkürünü bildirdi. Qonaq ilk dəfədir ki, Bakıya səfər etdiyini deyərək, ümidvar olduğunu vurğuladı ki, bu konfrans İslam ölkələrində qadınların rolunun artmasına töhfə verəcək.
Sonda xatirə şəkli
çəkdirildi.
Azərbaycan.-2014.- 21 oktyabr.- S.3.