Azərbaycan ilə İordaniya
arasında ailə, qadın və uşaq
məsələləri üzrə əməkdaşlığa
dair Anlaşma Memorandumu imzalanıb
Oktyabrın
20-də Bakıda keçirilən “İslam Əməkdaşlıq
Təşkilatına üzv dövlətlərin
inkişafında qadınların rolu” mövzusunda V Beynəlxalq
konfrans çərçivəsində Azərbaycan
Respublikasının Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi ilə İordaniya
Haşimilər Krallığının Qadın Məsələləri
üzrə Milli Komissiyası arasında Anlaşma Memorandumu
imzalanıb.
AzərTAc
xəbər verir ki, sənədi Azərbaycan Respublikası
adından Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin sədri Hicran Hüseynova,
İordaniya Haşimilər Krallığı adından
Qadın Məsələləri üzrə Milli
Komissiyasının baş katibi Salma Al Nims imzalayıblar.
Memorandumda
əməkdaşlığın inkişafı, təcrübə
mübadiləsinin həyata keçirilməsi və dövlət
proqramları çərçivəsində ailə,
qadın və uşaqlara dair məsələlərin həlli
istiqamətində zəruri tədbirlərin görülməsi
nəzərdə tutulub.
Azərbaycan.-2014.- 21 oktyabr.- S.3.