Təhsil naziri Tərtərdə
vətəndaşları qəbul etdi
Prezident
İlham Əliyevin tapşırıqlarına əsasən mərkəzi
icra hakimiyyəti orqanlarının rəhbərləri
bölgələrdə vətəndaşların qəbulunu
keçirir, onların müxtəlif məsələlərlə
bağlı müraciət, ərizə və şikayətlərinin
müsbət həll edilməsi üçün müvafiq tədbirlər
görürlər.
AzərTAc
xəbər verir ki, mərkəzi icra hakimiyyəti
orqanları rəhbərlərinin şəhər və
rayonlarda vətəndaşların qəbulu cədvəlinə
uyğun olaraq, təhsil naziri Mikayıl Cabbarov oktyabrın 20-də
Tərtər şəhərindəki Gənclər Mərkəzində
Tərtər, Ağdam, Ağcabədi, Laçın,
Füzuli və Xocavənd rayonlarından olan sakinləri qəbul
etdi. Vətəndaşların əsasən işə qəbul,
xaricdə təhsil, təhsil haqqı ilə əlaqədar
50-dən
çox müraciətinə baxıldı.
Hər
bir müraciət diqqətlə dinlənildi, əksər məsələlər
yerindəcə həllini tapdı. Nazirliyin səlahiyyətlərinə
aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətlər
isə müvafiq qurumlara çatdırılmaq
üçün qeydə alındı.
Sakinlər
mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri
tərəfindən mütəmadi olaraq bölgələrdə
vətəndaşların qəbulunun təşkilindən
razılıqlarını ifadə edərək, göstərilən
diqqət və qayğıya görə Prezident İlham
Əliyevə minnətdarlıqlarını bildirdilər.
Azərbaycan.-2014.- 21 oktyabr.- S.5.