Sığorta-pensiya sahəsində İKT-nin tətbiqi genişlənir

 

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"da qeyd olunur ki, informasiyakommunikasiya texnologiyaları respublikanın davamlı və dayanıqlı inkişafının təmin olunması, cəmiyyətdə şəffaflığın yaradılması demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir. Ölkədə "Elektron hökumət"in formalaşdırılmasına ciddi diqqət yetirilir və məmur-vətəndaş münasibətlərinin informasiya texnologiyaları vasitələrindən istifadə etməklə sadələşdirilməsinə,  bürokratik əngəllərin qarşısının alınmasına xidmət edir.

Dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi, elektron xidmətlərin əlçatarlığının artırılması üçün ictimai çıxış məntəqələri şəbəkəsinin genişləndirilməsi, vətəndaşların "elektron hökumət" üzrə məlumatlılıq səviyyəsinin yüksəldilməsi sözügedən Milli Strategiyanın başlıca prinsiplərindəndir. "Elektron hökumət" portalının statistikasına əsasən, Dövlət Sosial Müdafiə Fondunun sığorta-pensiya sahəsində əhaliyə göstərdiyi elektron xidmətlər qısa müddət ərzində ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutub. 2014-cü ilin ötən dövrü ərzində fondun həm öz saytı (www.dsmf.gov.az), həm də "elektron hökumət portalı" (www.e-gov.az) vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən 700 minə yaxın vətəndaş yararlanıb.

Fond tərəfindən sığorta-pensiya sahəsidə əhaliyə göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi sahəsində ardıcıl işlər görülür. Bunlardan birielektron hesabat xidməti üzrədir. Hazırda sığortaedənlər tərəfindən DSMF orqanlarına cari ilin 3-cü rübü üçün hesabatların təqdim olunması davam edir. Bütün ölkə üzrə iriorta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarıq fəaliyyəti ilə məşğul olan şəxslər isə DSMF-nin yerli şöbələrində yaradılmış "Yardım masaları"nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim edə bilərlər.

Bütün bunlar həm də ondan xəbər verir ki, DSMF-nin rayon şöbələri sığorta yığımı ilə bağlı hesabatların elektron formada təqdim edilməsinin təmin olunması istiqamətində fəal aparırlar. Fondun Cəbrayıl rayon şöbəsində bunun şahidi olduq. Şöbə Azərbaycan Respublikası Prezidentinin fərmanlarını, "Sosial sığorta haqqında" qanunu, Nazirlər Kabinetinin qərarlarını, DSMF-nin göstəriş və tapşırıqlarını əldə rəhbər tutaraq əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, işləyən və işləməyən təqaüdçülərin pensiyapensiyalara əlavə olunan müavinətlərin vaxtında çatdırılması, idarə, müəssisə və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən məcburi sosial sığorta ayırmalarının toplanması sahəsində son illərdə mühüm işlər görübuğurlu nəticələrə nail olub. Xüsusən sosial sığortaların yığılması sahəsində vəziyyət ürəkaçandır. DSMF Cəbrayıl rayon şöbəsi hazırda 73 fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlardan, 143 nəfər isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən hesabat qəbul edir.

Şöbənin müdiri Akif Məmişovun sözlərinə görə, 2014-cü ilin 9 ayı ərzində müəssisə, təşkilatlardan və kənd təsərrüfatı müəssisələrindən 1616 min manat məcburi dövlət sosial sığorta ayırması, 219,5 min manat işçilərin əməkhaqqından tutulan sığorta haqqı, 2,2 min manat sanatoriya-kurort yollayışlarının qismən dəyəri, 28,9 min manat sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sosial sığorta ayırması, artıq alınmış pensiyaların geri qaytarılmasından 29,3 min manat, sanksiyalardan 0,6 min manat və DSMF-dən 10620 min manat daxil olmaqla cəmisi 12516,5 min manat vəsait toplanıb. Toplanan məcburi dövlət sosial sığorta ayırmalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 204,6 min manat çoxdur. Bunun da 190,7 min manatı büdcənin, 13,9 min manatı qeyri-büdcə təşkilatlarının payına düşür.

Akif Məmişov pensiyaçılara göstərilən xidmətlərdən də danışdı. Bildirdi ki, şöbə tərəfindən 2014-cü ilin 9 ayı ərzində 8631 nəfər pensiyaçıya xidmət olunub ki, onların 3241 nəfəri yaşa görə, 5070 nəfəri əlilliyə görə, 320 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır. Bu dövrdə şöbə tərəfindən pensiyapensiyalara əlavə olunan müavinətlərin ödənilməsi üçün 12421,8 min manat vəsait xərclənib. Pensiya və müavinətlərin ödənilməsi tamamilə bankomatlarla həyata keçirilir.

DSMF Cəbrayıl rayon şöbəsinin müdiri qeyd etdi ki, bundan sonra da işləyən və işləməyən pensiyaçıların pensiya-müavinətlərinin vaxtında ödənilməsi, idarə, müəssisə və təşkilatlardan məcburi sosial sığorta ayırmalarının alınması, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin qeydiyyata götürülməsi, fərdi uçot sisteminin tətbiqi üçün kollektivin bütün qüvvələri səfərbər ediləcək.

Söhbət etdiyimiz pensiyaçılar da Azərbaycan dövlətinin həyata keçirdiyi pensiya siyasətindən razılıqlarını bildirdilər. 75 yaşlı Mustafa Məhərrəmov dedi ki, dövlətin pensiyaçılara diqqət və qayğısı hər kəsin ürəyincədir:

- 15 ilə yaxındır ki, pensiyaya çıxmışam. Bu dövrdə dövlətimizin gördüyü işlər sosial rifahımızın yüksəldilməsinə, pensiyalarımızın artımına və eləcə də pensiyaların verilməsində müasir vasitələrin tətbiqinə gətirib çıxarıb. Bir vaxtlar pensiyanı gedib rayon şöbəsindən alırdıq. İndi isə istənilən yerdə və ürəyimiz istəyən vaxtda bankomatlardan pulumuzu çıxara bilərik. Digər tərəfdən, pensiyamız vaxtlı-vaxtında, bayramlar ərəfəsində isə daha da tez köçürülür. Bütün bunlar yaşlı vaxtımızda hər birimizin rahatlığına yol açıb.

Pensiyaçı Telman ƏLİZADƏ:

- Vətəndaşların sosial müdafiəsinin daha da yaxşılaşdırılması sahəsində ən yaddaqalan tədbirlərdən biri məhz pensiyaların artımıdır. Ötən il pensiya təyinatında tətbiq olunan yeni qaydalar əsasında 2006-cı ilə qədər qazanılmış bütün pensiya hüquqları yenidən hesablandı və təxminən 845 min nəfərin pensiyası təqribən 40 faiz artırıldı. Bu artım mənim də pensiyama əhəmiyyətli dərəcədə təsir göstərdi. Bu cür addımlar hər bir pensiyaçı tərəfindən təqdir olunur. Biz Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin uğurlu nəticəsini gündəlik həyatımızda hiss edirik.

Cəbrayıl sakinlərindən olan pensiyaçı Zöhrab Əfəndiyev də ölkəmizdə həyata keçirilən sosial islahatlardan, o cümlədən pensiyaçılara göstərilən diqqət və qayğıdan razılığını ifadə edərək dedi:

- Azərbaycan dövləti atdığı addımlarla öz vətəndaşlarının qayğılarına son dərəcə həssas olduğunu nümayiş etdirir. Bunu xüsusən pensiya sahəsində görülən işlər də təsdiq edir. Pensiyalarımızın artımı, o cümlədən aidiyyəti dövlət idarələrində, sakini olduğum Cəbrayıl rayonu üzrə DSMF-nin yerli şöbəsində müraciətlərimizə vaxtında diqqət yetirilməsi, qayğı ilə yanaşılması bizi sevindirir, həyat eşqimizi artırır. Bu cür diqqətə və qayğıya görə dövlətimizə minnətdarıq.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan. - 2014.- 17 oktyabr.- S. 9.