Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin rəisi Yevlaxda
vətəndaşları qəbul etdi
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinə
əsasən regionlarda vətəndaşların qəbulu
davam etdirilir.
AzərTAc xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov oktyabrın 16-da Xidmətin Yevlax rayon şöbəsinin inzibati binasında bu rayondan, həmçinin Zərdab, Ucar, Ağdaş, Göyçay, Tərtər, Bərdədən olan vətəndaşları qəbul etdi.
Görüşdə Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbulla bağlı müraciətlər üstünlük təşkil edirdi. Vətəndaşlar, həmçinin “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi, hərbi xidmətə çağırılan övladlarının ailə vəziyyəti ilə əlaqədar olaraq yaşadıqları əraziyə yaxın olan hərbi hissələrdə qulluq keçmələri və digər məsələlərlə də bağlı müraciətlər etdilər.
Xidmətin rəisi Arzu Rəhimov qəbulda iştirak edən vətəndaşları diqqətlə dinlədi, onları narahat edən məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verdi.
Qaldırılan məsələlərin bir çoxu yerindəcə həllini tapdı. Eyni zamanda, vətəndaşların Xidmətin fəaliyyət sahəsinə aid olmayan məsələlərlə bağlı, eləcə də şəxsi xarakterli müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alındı.
Qəbula gələn vətəndaşlar
onlar üçün
yaradılan şəraitə görə dövlətimizin
başçısına minnətdarlıqlarını
bildirdilər.
Azərbaycan.
- 2014.- 17 oktyabr.- S. 9.