Azərbaycan Prezidenti İlham Əliyev Litvanın xarici
işlər nazirinin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də
Litva Respublikasının xarici işlər naziri Linas
Linkeviçiusun başçılıq etdiyi nümayəndə
heyətini qəbul edib.
Görüşdə Azərbaycan-Litva
münasibətlərinin hazırkı səviyyəsindən
məmnunluq ifadə olundu, ölkələrimiz
arasında müxtəlif istiqamətlərdə, o cümlədən siyasi,
iqtisadi, enerji, ticarət,
təhsil və digər sahələrdə əməkdaşlıq
imkanlarını genişləndirmək ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2014.- 22 oktyabr.- S.1.