Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 596 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları»nda dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 596 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları"nı "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 648-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 933 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 596 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹11, maddə 704; 2003, ¹10, maddə 563; 2004, ¹12, maddə 1005; 2005, ¹2, maddə 69; 2008, ¹1, maddə 8; 2012, ¹11, maddə 1082; 2013, ¹5, maddə 497) ilə təsdiq edilmiş "Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.2-ci və 3.2-ci bəndlərdə "yol və yolətrafı zonalarda" sözləri "avtomobil yollarının təhkim və ya qorunma (mühafizə) zolağında" sözləri ilə əvəz edilsin.

2. 2.6-cı bəndin yeddinci abzasında "rəyi" sözü "razılığı" sözü ilə əvəz edilsin.

3. 3-cü hissənin adında, 3.1-ci və 3.5-ci bəndlərdə "Yol və yolətrafı zonalarda" sözləri "Avtomobil yollarının təhkim və ya qorunma (mühafizə) zolağında" sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 20 oktyabr 2014-cü il

Azərbaycan.-2014.- 22 oktyabr.-  S.2.