Azərbaycan-Albaniya
əməkdaşlığının inkişaf
perspektivlərinə dair fikir
mübadiləsi aparılıb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun oktyabrın 21-də Albaniya parlamentinin sədri İlir Metanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə ölkələrimiz arasında bir sıra sahələrdə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib. Münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlığın vacib rola malik olduğu vurğulanıb.
Söhbət zamanı Trans-Adriatik boru xətti layihəsinin həyata keçirilməsinin Albaniya və ümumiyyətlə, region üçün mühüm əhəmiyyət daşıdığı, qarşılıqlı faydalı əməkdaşlıq baxımından geniş imkanlar açdığı qeyd edilib. Tirana Universiteti ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq haqqında Memorandumun imzalanmasının ölkələrimiz arasında təhsil və humanitar sahələrdə əlaqələr üçün mühüm addım olduğu bildirilib.
Görüşdə, həmçinin turizm, infrastruktur, sərmayə qoyuluşu, müqavilə-hüquq bazasının genişləndirilməsi sahələrində əlaqələrə dair fikir mübadiləsi aparılıb.
AzərTAc
Azərbaycan.
- 2014.- 22 oktyabr.- S.3.