Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin
sədri Şirvan şəhərində
vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının
Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə
əsasən mərkəzi icra hakimiyyətin rəhbərlər
bölgələrdə vətəndaşların qəbulunu
keçirir, onların müxtəlif məsələlərlə
bağlı müraciətlərinin, ərizə və
şikayətlərini müsbət həll olunması
üçün müvafiq tədbirlər görürlər.
AzərTAc xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı oktyabrın 21-də Şirvan şəhərində Hacıqabul, Sabirabad, Şirvan, Saatlı, Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edib. Qəbul zamanı həmin rayonların axundları, din xadimləri və sakinlər dini icmaların qeydiyyatı, yas mərasimlərin keçirilməsi qaydaları, məscidlərin təminatı və digər məsələlərlə bağlı komitə sədrinə müraciət ediblər.
Komitə sədri
M.Qurbanlı hər bir müraciətin
diqqətlə araşdırılması və
qaldırılan məsələləri qanunvericiliyin
tələblərinə uyğun həll
olunması barədə müvafiq
tapşırıqlar verib. Müraciətlərin
bir qismi yerindəcə
həllini tapıb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər
isə aidiyyəti qurumlara
çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə
götürülüb.
Azərbaycan.
- 2014.- 22 oktyabr.- S.5.